Fevralın 16-da “Sərhədçi” İdman Kompleksində İBO (İnternational Boxing Organisation – Beynəlxaql Boks Təşkilatı) kəməri uğrunda reytinq döyüşü keçiriləcək. Bu döyüşdə Azərbaycanı “Zirvə” İdman Klubunun boksçusu Rauf Ağayev təmsil edəcək.
6 raunddan ibarət olacaq döyüşdə onun rəqibi gürcüstanlı Georgi Qoçişvili olacaq.
Ağayev Asiya üzrə WBO, WBCA, WBC kəmərlərinin sahibidir. İlk dəfə Azərbaycana WBC dünya kəmərini məhz Rauf Ağayev qazandırıb.