8-10 dekabr tarixlərində Bakı İdman Sarayında yeniyetmələr arasında cüdo üzrə Azərbaycan birinciliyi keçirilib. Azərbaycan Cüdo Federasiyasının təşkilatçılğı ilə keçirilən yarışda 69 klubdan 500-dən çox cüdoçu mübarizə aparıb. Onların içərisində “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də olub. Həmişə olduğu kimi, bu dəfə də cüdoçularımız fəxri kürsüyə qalxmağı bacarıblar.
Qzıların yarışında 52 kq çəki dərəcəsində Zəhra Mehdiyeva, 70 kq çəki dərəcəsində isə Nərmin Abdullayeva bürünc medal qazanıblar.
Bu münasibətlə həm idmançılar, həm də onlaın məşqçilərini təbrik edir, klubumuzu layiqincə təmsil etdiklərinə görə təşəkkür edirik.
Əlavə edək ki, çempionatın ən güclüləri cüdo üzrə yeniyetmələrdən ibarət milli komandanın heyətinə cəlb ediləcəklər. Yeniyetmələrdən ibarət Azərbaycan milli komandası 2017-ci ildə Çilidə keçiriləcək dünya çempionatı, Litvada Avropa birinciliyi və Macarıstanda baş tutacaq yeniyetmələrin olimpiya festivalında iştirak edəcək.