AFFA-nın bayrağı altında təşkil olunan aşağı yaş qrupları arasında Cənub regionu üzrə yarışlar davam edir. Artıq pley-off mərhələsinə vəsiqəni təmin etmiş “Zirvə” təmsilçiləri növbəti turda meydana çıxıblar.
U-10 komandamız Lənkəran UGİM-ini 5:1 hesabı ilə məğlub edib.
U-11 komandamız Astara UGİM-inə 2:0 hesabı ilə qalib gəlib.
U-13 komandamız da Astara UGİM-nə 1:2 hesabı ilə yenilib.