May ayının 27-də Kürdəmir şəhər Olimpiya İdman Kompleksinin arenasında bədii gimnastika üzrə “Xəyala doğru bir addım” adlı 3-cü Kürdəmir Kuboku yarışı keçirilib. Yarışda müxtlif klub və cəmiyyətləri təmsil edən 100-dən çox gimnast iştirak edib. 2005-2006, 2007-2008, 2007-2009 və 2010-2012 yaş kateqoriyasında olan idmançılar həm fərdi, həm də qrup hərəkətləri üzrə çıxış ediblər.
Onlar Göyçay, Sumqayıt, Xırdalan şəhər “Zirvə” Beynəlxalq İdman Klubu, Şağan, Zirə, Gəncə, “Start” klubu, Zabrat, Kürdəmir, İsmayıllı və Respublika İdman Məktəbi Kompleksini təmsil ediblər.
“Azərbaycanda artıq dünya miqyaslı idman tədbirləri keçirilir. Ölkəmiz Birinci Avropa Oyunları, “Formula-1″ yarışları və IV İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi edib. Bu idman tədbirləri ən yüksək səviyyədə keçirilib”. Bunu Kürdəmir rayon İcra Hakimiyyəti başçısının müavini, qurumun İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Vəsilə Əsgərli deyib. O, bildirib ki, Azərbaycan dünyada artıq bir idman ölkəsi kimi tanınıb: “Butun bu işlərin həyata keçirilməsində Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın çox böyük xidmətləri olub”. Onun sözlərinə görə, idman yarışları nəinki paytaxtda, regionlarda da keçirilir: “Kürdəmir Olimpiya İdman Kompleksində artıq 7 ildir ki, gimnastika qrupu fəaliyyət göstərir və bu müddət ərzində onların çox böyük uğurları, qalibiyyətləri olmuşdur”.
Yarışa gəlincə, “Zirvə” gimnastları möhtəşəm çıxışla yadda qalıblar. Qızlarımız 33 medalla bütün rəqiblərini üstələməyi bacarıblar. 15 qızıl, 8 gümüş və 10 bürünc medal qazanan yeniyetmə gimnastlarımız komanda hesabında ən yaxşı olmağı bacarıblar. Beləliklə, “Zirvə” İdman Klubu bu yarışın ən yaxşı komandası adına layiq görülüb.
Komandamızın üzvləri, məşqçilər heyəti, bu gözəl qələbədə əməyi olan hər kəsi təbrik edir, yarışlardan hər dəfə uğurla dönmələrini arzulayırıq!
Qızlarımızın bütün nəticələri və şəkillərlə aşağıda tanış ola bilərsiniz:
N | Ad | İl | Alətsiz | Top | Halqa | Çoxnövçülük | Gürzlər | İp | Lent |
1. | Əhmədzadə Bətül | 2012 | Bürünc | Bürünc | |||||
2. | Məmmədova Aydan | 2010 | 4-cü yer | ||||||
3. | Bağızadə Səbinə | 2008 | Qızıl | Qızıl | |||||
4. | Əskərova Dəniz | 2009 | Qızıl | Gümüş | |||||
5. | Kərimova Çinarə | 2006 | Bürünc | Gümüş | |||||
6. | Ocaqlı Aytac | 2006 | 4-cü yer | Gümüş | Qızıl | ||||
7. | Kərimova Zərifə | 2006 | Gümüş | Bürünc | |||||
8. | Süleymanlı Səriyyə | 2007 | Qızıl | Qızıl | Qızıl | ||||
9. | Süleymanlı Aytac | 2004 | Gümüş | Qızıl | Qızıl | Qızıl | |||
10. | Rzazadə Fatimə | 2004 | Qızıl | Gümüş | Gümüş | Gümüş | |||
11. | Quliyeva Gülşən | 2008 | Qızıl | Qızıl | |||||
12. | Rzayeva Hüsniyyə | 2011 | Bürünc | Bürünc | |||||
13. | Qasımova Elay | 2010 | 4-cü yer | ||||||
14. | Məmmədrzalı Zəhra | 2010 | Bürünc | Bürünc | |||||
15. | Mehtiyeva Lalə | 2009 | 4-cü yer | ||||||
16. | Əmiraslanova Fidan | 2008 | Bürünc | Bürünc | |||||
17. | Həsənli Nəzrin | 2008 | Qızıl | Qızıl |