Rusiyann paytaxtı Moskva şəhərində Pauerliftinq üzrə dünya çempionatı keçirilib. Bu mötəbər yarışda “Zirvə” BİK-nun üzvü Ramil Əhmədov da iştirak edib. 36-dan çox ölkədən 1300-ə qədər idmançının qatıldığı yarışda atletimiz uğurlu çıxışı ilə yadda qalıb və mütləq çempion olub.
AAAF TV-yə açıqlamasında yüksək səviyyəli təşkilatçılıqdan söz açan Ramil Əhmədov, yarışda digər yerli idmançılarımızın da çox yaxşı çıxış etdiklərini və nəticədə komanda hesabında II olduqlarını dilə gətirib. Yarışın sonunda idmançılarımıza kubok da təqdim olunub. Çempionumuz “Zirvə” BİK-nun üzvü olduğu üçün fəxr hissi keçirdiyini vurğulayıb, göstərilən diqqətə görə kluba təşəkkürünü bildirib.
Ramili qarşıda ciddi yarışlar gözləyir, o gələn il Fransada baş tutacaq Avropa çempionatına, elə həmin il ABŞ-ın Orlando ştatında keçiriləcək Dünya çempionatına ciddi hazırlaşır. O hazırlıqlarını paytaxtın ən tanınmış mərkəzlərindən olan “VİTR Fitness”də edir. Çempion burada onun üçün yaradılan şəraitə görə mərkəzin rəhbəri, pauerliftinq üzrə dəfələrlə dünya və Avropa çempionu və rekordçusu, tanınmış sabiq idmançı Vüqar Namazova təşəkkür də edi.b
Qeyd edək ki, 2014-cü ildə idman ustası adını alan Ramil Əhmədov, bir neçə Avropa çempionu titulunu qazanıb, ötən il ABŞ-da baş tutan dünya çempionatının mütləq çempionu olub.