“Zirvəçi” Ramil Əhməd üç qat dünya çempionu oldu!

4-8 dekabr tarixlərində Rusiyanın paytaxtı Moskvada pauerliftinq üzrə WRPF versiyası üzrə dünya çempionatı keçirilib. Yığma komandamızın üzvləri prezident Ələddin Əliyev, vitse-prezident Rüfət Ağayev və baş məşqçi Azər Mustafayevin rəhbərliyi altında bu yarışda tam heyətlə çıxış ediblər. İdmançılarımız 11 medal – 7 qızıl və 4 gümüş qazanıblar.
Onların arasında “Zirvə” Beynəlxalq İdman Klublarının nümayəndəsi, təcrübəli idmançı Ramil Əhmədd də olub. İdmançımız 90 kq çəki dərəcəsində çıxış edərək gücünü növbəti dəfə göstərə bilib. O, bu çəkidə bütün rəqiblərini üstələyib və qızıl medala sahib çıxıb. Bununla da o, 3 qat dünya çempionu adını əldə etməyi bacarıb.
Qeyd etmək lazımdır ki, bu, Ramil Əhmədin 2019-cu ildəki 7-ci yarışı olub. Bütün bu yarışlarda uğurla çıxış edən pauerliftinqçimizi təbrik edir, ona qarşıdakı yarışlarda uğurlar arzulayırıq.
Ramil özü də açıqlama verərək təəssüratlarını bölübüş: “Yaxşı yarış oldu. Güclü rəqiblərə qalib gələrək çempion oldum və 3 qat dünya çempionu adına yiyələndim. Çox sevincli bir andır. Bu uğurda əməyi olan hər kəsə təşəkkür edirəm. Xüsusilə də, “Zirvə” Beynəlxalq İdman Klublarının rəhbərliyinə minnətdaram. Tofiq Heydərov və Ruslan Xanverdiyevə mənə göstərdikləri dəstəyə görə təşəkkür edirəm”.

SHARE
Şərh yaz