“Zirvəçi” Rio Olimpiadasında iştirak edəcək

nicat rehimovBir aydan sonra başlayacaq Rio Yay Olimpiya Oyunlarında maraqlı və gərgin mübarizənin şahidi olacağıq. Əsl güclü olan qalib gələcək, medala sahib çıxacaq. Belə şansı olan atletlərdən biri də Nicat Rəhimovdur.
“Zirvə” Beynəlxalq İdman Klubunun sabiq üzvü hazırda Qazaxıstan milli komandasının şərəfini qoruyur. 2010-cu ildə Yeniyetmələrin Olimpiya Oyunlarının qalibi olmuş ağır atlet, ötən il Hyustonda böyüklər arasında dünya çempionu da olmuşdu. Yeni ölkəsinin aparıcı üzvlərindən olan Rəhimovun bir aydan sonra Braziliyanın Rio-De-Janeyro şəhərində Olimpiadada da çıxış edəcəyi dəqiqləşib. O, 77 kq çəki dərəcəsində mübarizə aparacaq.
Nicata karyerasında uğurlar arzulayırıq!

SHARE
Şərh yaz