“Zirvə”çi Rüstəm İmanzadə Avropa Birinciliyinin ən yaxşı atleti seçildi!

imanzade rustam sel

Litvanın Klaypeda şəhərində keçirilən ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlanlar və qızlar arasında Avropa Birinciliyi başa çatıb. 1 qızıl, 3 gümüş və 2 bürünc medal qazanan Azərbaycan milli komandasının üzvləri böyük uğur əldə ediblər. Rəqiblərinə qarşı əla mübarizə nümayiş etdirən gənc atletlərimiz komanda hesabıyla yanaşı, həm də fərdi qələbələrdə də əldə ediblər. Bunlardan ən əsası, yaşı 15-ə qədər olan idmançılar arasında 62 kq çəki dərəcəsində qızıl medala sahib çıxan Rüstəm İmanzadəyə aiddir.

Belə ki, İmanzadə Sinkleyr cədvəli üzrə Avropa birinciliyinin ən yaxşı idmançısı seçilib. Şəxsi çəkisi 59,85 kq olan atletimiz toplamda 233 kq nəticə göstərib. Bu isə 345,72 xal deməkdir. Avropa Birinciliyində yaşı 15-ə qədər olan idmançılar arasında bundan yüksək xal toplayan olmayıb. Rüstəm latviyalı Ritvars Suxarevs və yunan Spartakos Çopsonidisi qabaqlayıb.

Bu yaş qrupunda milli komandamız medal sayına görə ümumi sıralamada 3-cü yeri tutub.

Təbrik edirik!

SHARE
Şərh yaz