İdmançılarımız beynəlxalq yarışlarda 32 medal qazanıb!
Son illərdə təxminən 90 illik tarixi olan Azərbaycan ağır atletikasının yeni bir lider parlamaqdadır. İndiyə qədər bu idman növündə bir çox ağırlıqqaldıranlarımız olsa da, son illərdəki kütləvilik heç vaxt olmayıb. Bunun nəticəsidir ki, azərbaycanlı atletlər beynəlxalq yarışlardan fasiləsiz medal gətirirlər. Qazanılan uğurların əsas memarı isə heç şübhəsiz, “Zirvə” İdman Klubudur.
Məhz bizim klubun fəaliyyətini genişləndirdiyi dövrdən etibarən yeniyetmə və gənclərimiz beynəlxalq arenalarda daha tez-tez parlayır, Azərbaycan bayrağı daha çox yüksəlir, himnimiz getdikcə daha çox səslənir, bizə qürur verir. Hər il yeni Avropa və dünya çempionatlarının mükafatçıları tapıb ortaya çıxaran klubumuz, hazırda Azərbaycan ağır atletikasının şəksiz lideridir. 2013-cü ildə qazandığımız medallar da bunu sübut edir.
Bu il ərzində idmançılarımız beynəlxalq yarışlardan 32 medalla geri dönüblər. 13 qızıl, 7 gümüş və 12 bürünc medal qazanan ağır atletlərimiz, bu qələbələrlə yanaşı 7 də rekordu təzələyərək, adlarını tarixə yazdıra biliblər.
Yarışlardakı uğurlarımızdan Firudin Quliyevin Universiada və 2-ci Bakı Beynəlxalq Qran-Pri qızılı, gənclər və böyüklər arasında dünya çempionatındakı bürünc medalları, Polşadakı yarışda təkanla qaldırmada gənclər arasında dünya və Avropa rekordunu yeniləməsini xüsusilə qeyd etmək olar. “Zirvə” İdman Klubunun yetirməsi olan goranboylu atletimiz, hazırda öz çəkisində dünyanın ən yaxşıları sırasındadır.
Onun izləyən atletlərimiz də Firudindən geri qalmırlar. Bu il İmanzadə Rüstəmin yarı 15-ə qədər olan yeniyetmələr arasında, Əliquluzadə Elxanın gənclər arasında qazandıqları Avropa çempionluqları dəyərli və yüksək qiymətə layiqdir. Lənkəran ağır atletika məktəbimizin yetirmələri olan bu gənclər qələbələrinin sayını artırmaqda israrlıdırlar və buna yetərincə potensialları var. İsmayıllı atleti Məhəmməd Məmmədlinin yeniyetmələr arasında Avropa çempionu olması, Əliquliyev Kənanın həmin turnirdə qazandığı gümüş medallar da bu atletlərin böyük gələcəyindən xəbər verir.
Kişilərimizlə yanaşı, bu il, qızlarımızı da beynəlxalq arenada özlərini hərtərəfli göstərə biliblər. Yeniyetmə qızlar arasında Avropa çempionatında ilk dəfə çıxış edən və bürünc medallar qazanan Məhərrəmova Mərziyyə (Goranboy) və Əlizadə Gülçin (Qazax), qadın ağır atletika məktəbimizdə yeni bir eranın başlanğıcını qoydular. Qızlarımızın bu uğuru digər rayonlardan olan zərif cinsin nümayəndələrinə də idmanla məşğul olmaq, yarışlara qatılmaq həvəsi oyadacaqdır.
Klubumuzun veteran atletləri də bu idmana olan sevgilərini nümayiş etdirməkdən yorulmurlar. Quşadasındakı Avropa çempionatında Əliyev Emilin qazandığı qızıl, Əliquliyev Teymurun bürünc medalları ilə yanaşı, İtaliyanın Turin şəhərində keçirilən 8-ci Ümumdünya Veteran Oyunlarında Aftandil Hümbətlinin əldə etdiyi bürünc medal qeyd edilməli, daha aşağı yaşlı nəsillərə nümunə göstərilməlidir. Veteranlarımız göstərirlər
ki, peşəkar karyera bitəndən sonra da ağır atletika bitmir və istənilən yaşda mübarizə aparıb, uğur qazanmaq olar. Yetər ki, bu idman növünü sevəsən.
Beləliklə, 2013-cü ili 32 beynəlxalq medalla başa vurduq. Azərbaycanın daxili birinciliklərində fəxri kürsüdə yer alanların yarıdan çoxunun “Zirvə” İdman Klubunun yetirmələrinin olması isə heç kimə sirr deyil. Ölkəmizdə heç bir klubun rəqabət apara bilmədiyi idmançılarımız uğurlarını dayanmadan sıralayırlar. Məşqçilərimiz,
hakimlərimiz, klubumuzun rəhbərliyinin birgə işi, çalışqanlığı, peşəkarlığı və böyük əziyyəti hesabına əldə edilən bu qələbələr bütünlükdə “Zirvə”yə aid olan hər kəsin qələbələridir. Klub olaraq qarşımıza Azərbaycan adını daima yüksəklərdə tutmaq, sağlam nəsil yetişdirmək, idmanın kütləviliyini artırmaq kimi məqsədlər qoymuşuq və buna hər keçən ildə daha da yaxınlaşırıq.
2014-cü ildə uğurlarımızın sayının çox olacağına şübhə yoxdur. 2013-cü ildə qazanılanlara görə isə hamınızı təbrik edirik.
“ZİRVƏ” İDMAN KLUBUNUN YETİRMƏLƏRİNİN 2013-CÜ İLDƏKİ BEYNƏLXALQ YARIŞLARDA QAZANDIQLARI MEDALLARIN
S İ Y A H I S I
Qızıl medal
N | İdmançı | Şəhər | Yarış | Kateqoriya | Məkan | Çəki dərəcəsi | Hərəkət | Nəticə |
1. | Quliyev Firudin | Goranboy | Universiada | Böyüklər | Kazan (Rusiya) | 69 kq | iki hərəkətin cəmi | 323 kq |
2. | Məmmədli Məhəmməd | İsmayıllı | Avropa çempionatı | Yeniyetmələr | Klaypeda (Litva) | 50 kq | təkanla qaldırma | 100 kq |
3. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | birdən qaldırma | 103 kq |
4. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | təkanla qaldırma | 130 kq |
5. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | iki hərəkətin cəmi | 233 kq |
6. | Əliquluzadə Elxan | Lənkəran | Avropa çempionatı | Gənclər | Tallinn (Estoniya) | 69 kq | təkanla qaldırma | 174 kq |
7. | Əliquluzadə Elxan | Lənkəran | Avropa çempionatı | Gənclər | Tallinn (Estoniya) | 69 kq | iki hərəkətin cəmi | 309 kq |
8. | Əliyev Emil | Sumqayıt | Avropa çempionatı | Veteranlar | Quşadası (Türkiyə) | 105 kq | iki hərəkətin cəmi | 317 kq |
9. | Quliyev Firudin | Goranboy | 2-ci Beynəlxalq Bakı Qran-Prisi | Böyüklər | Bakı (Azərbaycan) | 69 kq | birdən qaldırma | 135 kq |
10. | Quliyev Firudin | Goranboy | 2-ci Beynəlxalq Bakı Qran-Prisi | Böyüklər | Bakı (Azərbaycan) | 69 kq | təkanla qaldırma | 170 kq |
11. | Quliyev Firudin | Goranboy | 2-ci Beynəlxalq Bakı Qran-Prisi | Böyüklər | Bakı (Azərbaycan) | 69 kq | iki hərəkətin cəmi | 305 kq |
12. | Rzazadə Ruslan | Lənkəran | 3-cü Beynəlxalq Uşaq İdman Oyunları | Yeniyetmələr | Konya (Türkiyə) | 50 kq | iki hərəkətin cəmi | 163 kq |
13. | İmanzadə Rüstəm | Lənkəran | 3-cü Beynəlxalq Uşaq İdman Oyunları | Yeniyetmələr | Konya (Türkiyə) | 62 kq | iki hərəkətin cəmi | 214 kq |
Gümüş medal
N | İdmançı | Şəhər | Yarış | Kateqoriya | Məkan | Çəki dərəcəsi | Hərəkət | Nəticə |
1. | Məmmədli Məhəmməd | İsmayıllı | Avropa çempionatı | Yeniyetmələr | Klaypeda (Litva) | 50 kq | birdən qaldırma | 81 kq |
2. | Məmmədli Məhəmməd | İsmayıllı | Avropa çempionatı | Yeniyetmələr | Klaypeda (Litva) | 50 kq | iki hərəkətin cəmi | 181 kq |
3. | Əliquliyev Kənan | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 69 kq | birdən qaldırma | 111 kq |
4. | Əliquliyev Kənan | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 69 kq | təkanla qaldırma | 136 kq |
5. | Əliquliyev Kənan | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 69 kq | iki hərəkətin cəmi | 247 kq |
6. | Əliquluzadə Elxan | Lənkəran | Avropa çempionatı | Gənclər | Tallinn (Estoniya) | 69 kq | birdən qaldırma | 135 kq |
7. | Quliyev Firudin | Goranboy | Dünya çempionatı | Böyüklər | Vrotslav (Polşa) | 69 kq | təkanla qaldırma | 194 kq |
Bürünc medal
N | İdmançı | Şəhər | Yarış | Kateqoriya | Məkan | Çəki dərəcəsi | Hərəkət | Nəticə |
1. | Süleymanov Zülfüqar | Abşeron | Avropa çempionatı | Böyüklər | Tirana (Albaniya) | 62 kq | təkanla qaldırma | 160 kq |
2. | Süleymanov Zülfüqar | Abşeron | Avropa çempionatı | Böyüklər | Tirana (Albaniya) | 62 kq | iki hərəkətin cəmi | 290 kq |
3. | Quliyev Firudin | Goranboy | Dünya çempionatı | Gənclər | Lima (Peru) | 69 kq | iki hərəkətin cəmi | 308 kq |
4. | Məhərrəmova Mərziyyə | Goranboy | Avropa çempionatı | Yeniyetmələr (qızlar) | Klaypeda (Litva) | 48 kq | birdən qaldırma | 63 kq |
5. | Məhərrəmova Mərziyyə | Goranboy | Avropa çempionatı | Yeniyetmələr (qızlar) | Klaypeda (Litva) | 48 kq | iki hərəkətin cəmi | 145 kq |
6. | Əlizadə Gülçin | Qazax | Avropa çempionatı | Yeniyetmələr (qızlar) | Klaypeda (Litva) | 53 kq | birdən qaldırma | 67 kq |
7. | Əlizadə Gülçin | Qazax | Avropa çempionatı | Yeniyetmələr (qızlar) | Klaypeda (Litva) | 53 kq | təkanla qaldırma | 83 kq |
8. | Əlizadə Gülçin | Qazax | Avropa çempionatı | Yeniyetmələr (qızlar) | Klaypeda (Litva) | 53 kq | iki hərəkətin cəmi | 212 kq |
9. | Süleymanov Zülfüqar | Abşeron | İslam Oyunları | Böyüklər | Palembanq (İndoneziya) | 62 kq | iki hərəkətin cəmi | 278 kq |
10. | Quliyev Firudin | Goranboy | Dünya çempionatı | Böyüklər | Vrotslav (Polşa) | 69 kq | iki hərəkətin cəmi | 337 kq |
11. | Hümbətli Aftandil | Yevlax | 8-ci Ümumdünya Oyunları | Veteranlar | Turin (İtaliya) | 77 kq | iki hərəkətin cəmi | 239 kq |
12. | Əliquliyev Teymur | Lənkəran | Avropa çempionatı | Veteranlar | Quşadası (Türkiyə) | 85 kq | iki hərəkətin cəmi | 214 kq |
REKORDLAR
N | İdmançı | Şəhər | Yarış | Kateqoriya | Məkan | Çəki dərəcəsi | Hərəkət | Nəticə |
1. | Quliyev Firudin | Goranboy | Dünya çempionatı | Böyüklər | Vrotslav (Polşa) | 69 kq | təkanla qaldırma | 194 kq – gənclər arasında dünya rekordu |
2. | Quliyev Firudin | Goranboy | Dünya çempionatı | Böyüklər | Vrotslav (Polşa) | 69 kq | təkanla qaldırma | 194 kq – gənclər arasında Avropa rekordu |
3. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | birdən qaldırma | 103 kq – yeniyetmələr arasında Avropa rekordu |
4. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | təkanla qaldırma | 130 kq – yeniyetmələr arasında Avropa rekordu |
5. | İmanzadə Rüstəm | Lənkəran | Avropa çempionatı | Yeniyetmələr (U-15) | Klaypeda (Litva) | 62 kq | iki hərəkətin cəmi | 233 kq – yeniyetmələr arasında Avropa rekordu |
6. | Quliyev Firudin | Goranboy | Universiada | Böyüklər | Kazan (Rusiya) | 69 kq | iki hərəkətin cəmi | 323 kq – Universiada rekordu |
7. | Quliyev Firudin | Goranboy | Universiada | Böyüklər | Kazan (Rusiya) | 69 kq | təkanla qaldırma | 184 kq – Universiada rekordu |