“Zirvə”çilər Avropa birinciliyinə yollanır

land 1

Avqustun 1-9-u tarixləri arasında İsveçin Landskrona şəhərində yaşı 15 və 17-yə qədər olan yeniyetmələrin ağır atletika üzrə Avropa birinciliyi keçiriləcək. Yaşı 15-ə qədər olan idmançıların mübarizəsində 27 ölkədən 141 (63 qız, 78 oğlan), yaşı 17-yə qədər olan idmançıların mübarizəsində isə 29 ölkədən 192 (80 qız, 112 oğlan) atlet çıxış edəcək.
Şəhərin “Landskrona Idrottshall” yarış zalında baş tutacaq turnirdə Azərbaycan milli komandası da iştirak edəcək. Yığmanın heyət üzvlərinin böyük hissəsi “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələridir.
Birincilikdə 7 idmançımız – 1 qız və 6 oğlan çıxış edəcək. Bunlar Əzimova Səbinə (U-15, qızlar), Əliyev Fuqan, Hüseynov Elməddin, Alxasov Əlimərdan, Səfərov Almazxan (U-15, oğlanlar), Xəlilov Kənan və İsmayılov Hüseyndir. (U-17, oğlanlar)
İdmançılarımıza uğurlar arzulayırıq.
Əlavə edək ki, yarışın gedişi və idmançılarımızın çıxışı barədə saytımızda operativ məlumat veriləcəkdir.

SHARE
Şərh yaz