Ötən həftə Zamostye şəhərində “Olimpiya Ümidləri 2016” ağır atletika turniri keçirilib. Yarışda 4 ölkədən – Polşa, Çexiya, Slovakiya və Macarıstandan olan yaşı 18-ə qədər olan 27 qız və 38 oğlan ağırlıqqaldıran iştirak edib. Körpücük üzərinə çıxanlar arasında “Zirvə” nümayəndələri də olub.
“Terespol-Zirvə” atletlərindən üç nəfər yarışda iştirak edib. Qadınların mübarizəsində Anna Xomyuk 139 kq (64+75) nəticə ilə yekun sıralamada 14-cü yeri tutub.
Oğlanlarda Kasper Magelnitski 218 kq (98+120) nəticə ilə 13-cü yeri tutub. Daha bir atletimiz Mateuş Skulimovski isə daha uğurlu çıxış edərək fəxri kürsüyə qalxa bilib. Toplam 305 kq (138+167) nəticə göstərən atletimizi qızıl medalçı ilə eyni çəkinin öhdəsindən gəlib. Ancaq şəxsi çəkisi rəqibindən çox olduğundan turniri gümüş medulla başa vurmalı olub. Hər halda biz Mateuşu bu çıxışı ilə bağlı təbrik edir, uğurlarının davamının gəlməsini arzulayırıq.
Əlavə edək ki, həm qızlarda, həm də oğlanlarda yarışı Polşa yığması qalib başa vurub və bu qələbədə “Zirvə” Beynəlxalq idman Klubunun rolu danılmazdır.