19-26 oktyabr tarixlərində Sopot şəhərində ağır atletika üzrə Bolqarıstan çempionatı keçirilib. Yarışda bütün yaş qrupları yüzdən çox atlet iştirak edib. Medal mübarizəsinə qoşulanlar arasında “Smolyan-Zirvə” təmsilçiləri də olub. Həmişə olduğu kimi, atletlərimiz uğurlu çıxışla yadda qalıblar.
Belə ki, yaşı 13-ə qədər olan atletlər arasında yarışda Serbrin Rayçev, U-17-də Zlatomir Kovaçev, qadınlar mübarizəsində isə hər iki idmançımız – Qalya Şatova və Vanya Luxova bütün rəqiblərini üstələyərək qızıl medal qazanıblar.
Stefan Rayçev U-13, Pavel Arabaciyski isə kişilərin yarışında fəxri kürsünün ikinci pilləsinə qalxa biliblər.
Yeganə bürünc medalımızı isə Radostin Simov yaşı 15-ə qədər olan atletlər arasında əldə edib.
Beləliklə, “Zirvə” komandamız təcrübəli mütəxəssis Veliçko Çolakovun rəhbərliyi altında 7 medal qazanaraq mötəbər turnirdə fərqləniblər. İdmançı və məşqçi heyətimizi təbrik edir, növbəti yarışlarda da belə uğurlar qazanmalarını diləyirik.
U-13 | ||||||
1. | Dimitar Rosenov | 35 | 25 | 30 | 55 | 6 |
2. | Stefan Rayçev | 35 | 30 | 40 | 70 | 2 |
3. | Srebrin Rayçev | 40 | 41 | 53 | 94 | 1 |
4. | İsus Rosenov | 40 | 25 | 30 | 55 | 10 |
5. | Sergey Rosenov | 50 | 30 | 40 | 70 | 7 |
6. | Denis Mehmed | 62 | 40 | 52 | 92 | 5 |
U-15 | ||||||
1. | Emil Rayçev | 62 | 58 | 80 | 138 | 4 |
2. | Radostin Simov | 77 | 85 | 112 | 197 | 3 |
3. | Plamen Kosov | 85 | 78 | 104 | 182 | 4 |
U-17 | ||||||
1. | Zlatomir Kovaçev | 85 | 112 | 150 | 262 | 1 |
Kişilər | ||||||
1. | Pavel Arabaciyski | 94 | 130 | 160 | 290 | 2 |
Qadınlar | ||||||
1. | Qalya Şatova | 63 | 80 | 92 | 172 | 1 |
2. | Vanya Luxova | 69 | 80 | 95 | 175 | 1 |