“Zirvəçilər” daha 7 qızıl medal qazandılar

ugim sekil

14-16 may tarixlərində Samuxda Uşaq Gənclər İdman Məktəbləri arasında yeniyetmələrin Respublika Birinciliyi keçirilib. Yarışlarda ağır atletika üzrə turnir “Zirvə” İdman Klubunun Samux bölməsinin zalında baş tutub. 1999 və 2000-ci il təvəllüdlü idmançılar arasında birincilikdə “Zirvə”çilərimiz də iştirak edib.

Gözlənildiyi kimi, gənc atletlərimiz evə əlidolu qayıdıblar. 7 qızıl və 1 gümüş medal qazanan idmançılarımız birinciliyin mütləq çempionu olublar. Mükafatçılar bunlardır:

Qızıl medalçılar:

Məhərrəmov Oruc (1999-cu il – 46 kq)
Məmmədov İsmayıl (2000-ci illər – 38 kq)
Məlikzadə Ümid (2000-ci illər – 42 kq)
Xəlilov Kənan (1999-cu il – 42 kq)
Rüstəmov Taleh (1999-cu il – 50 kq)
Məmmədli İbrahim (1999-cu il – 53 kq)
Səfərov Almazxan (2000-ci illər – 59 kq)

Gümüş medalçı

Rüstəmov Taleh (2000-ci illər – 50 kq) – gümüş

SHARE
Şərh yaz