“Zirvəçilər” dünya çempionatında medal və rekordlarla fərqləndilər!

zirve-ik

Noyabrın 20-28-də ABŞ-ın Hyuston şəhərində keçirilən ağır atletika üzrə kişilər arasında 82-ci, qadınlar arasında 25-ci dünya çempionatı “Zirvə” Beynəlxalq İdman Klubu üçün əlamətdar oldu. Corc Broun Konfrans Mərkəzinin Yarış zalında baş tutacaq turnirdə 115 ölkədən 737 atlet (314 qadın, 423 kişi) medallar uğrunda mübarizəyə qoşuldu. Onların içərisində klubumuzun 7 ölkədən olan 17 üzvü də vardı. Çox az sayda cəmiyyət bu sayda heyətlə turnirə qatıla bilərdi.
Azərbaycan milli komandasının heyətində yer alan 11 idmançıdan 6-nın məhz “Zirvə”nin üzvü olması xüsusilə qeyd olunmalıdır. İlk olaraq 62 kq çəki dərəcəsində “Xırdalan-Zirvə” təmsilçisi, London Olimpiadasının bürünc mükafatçısı Valentin Xristov yarışıb. O, birdən qaldırma hərəkətində üç yanaşmasından ikisini uğurla yerinə yetirib. Əvvəlcə 137, sonra isə 141 kq-lıq ştanqın öhdəsindən gəlib. Sonuncu olaraq sifariş verdiyi 143 kq-ı ram edə bilməsə də, Xristov bu hərəkətdə bürünc medala sahib çıxa bilib. Təkanla qaldırma hərəkətində də Xristov yaxşı çıxış edib. O, əvvəlcə 171, sonra isə 176 kq-ı ram edə bilib. Son yanaşmasında Avropa rekordu olan 181 kq-ı qaldırmağa cəhd etsə də, uğursuz olub. Ancaq buna baxmayaraq, Valentin bu hərəkətdə də 3-cü ola bilib. Toplamda 317 kq (141+176 ) nəticə göstərən Valentin Xristov yekun sıralamada 3-cü yeri tutaraq dünya çempionatının bürünc medalına sahib çıxıb.

69 kq çəki dərəcəsində isə “Goranboy-Zirvə” təmsilçisi gənclər arasında Avropa çempionu və rekordçusu Firudin Quliyev çıxış edib. Atletimiz birdən qaldırma hərəkətində uğursuz çıxış edib. Firudin ilk iki yanaşmada 142 kq-ı ram edə bilməyib. Ancaq sonuncu yanaşmada toparlanaraq 143 kq-ı başı üzərinə qaldırmağı bacarıb. Təkanla qaldırma hərəkətində Quliyev daha yaxşı çıxış edib. O, üç yanaşmasında ən çox 188 kq-ın öhdəsindən gəlib. Bununla o, təkanla qaldırmada dünya çempionatının gümüş medalına sahib çıxa bilib. Toplam 331 kq (143+188) nəticə göstərən atletimiz yekun sıralamada 6-cı yeri tutub.

77 kq çəki dərəcəsində “Lənkəran-Zirvə” atleti, yeniyetmələr arasında Avropa birinciliyinin bürünc mükafatçısı Elxan Əliquluzadəkörpücük üzərinə çıxıb. Elxan birdən qaldırma hərəkətində 154 kq çəkini ram edərək 13-cü olub. Cəmi 20 yaşı olan atlet təkanla qaldırma hərəkətində möhtəşəm çıxış edərək böyük uğura imza atıb. Əliquluzadə 203 kq nəticə ilə bu hərəkətdə dünya çempionatının gümüş medalına sahib çıxıb. O, toplamda 357 kq (154+203) nəticə ilə dünya çempionatında 6-cı yeri tutub. Bununla yanaşı, təkanla qaldırma hərəkətində 203 kq-la Elxan gənclər arasında dünya rekordunu yeniləyib. Tanınmış türk atlet Taner Sağırın 2004-cü il Afina Olimpiadasında müəyyənləşdirdiyi 202 kq-lıq rekord 11 il idi ki, yenilənmirdi. “Zirvəçi” Elxan Əliquluzadə bunu edə bildi (bu, həm də gənclər arasında Avropa rekordu idi).

94 kq çəki dərəcəsində B qrupunda “Lənkəran-Zirvə” atleti Rövşən Fətullayev körpücük üzərinə çıxıb. O, toplam 373 kq (166+207) nəticə göstərib və bu qrupda 3-cü, yekun sıralamada isə 12-ci yeri tutub.

rs

105 kq çəki dərəcəsində B qrupunda isə “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəyli çıxış edib. 19 yaşlı atletimiz birdən qaldırma hərəkətində hər üçün yanaşmasını uğurlar yerinə yetirib və 185 kq-la 1-ci olub. Təkanla qaldırma hərəkətində isə 210 kq-la o, 5-ci yeri tutub. Toplamda 395 kq (185+210) nəticə göstərən Dadaş Dadaşbəyli B qrupunda bütün rəqiblərini qabaqlayaraq qalib olub. Atlet yekun sıralamada 9-cu yeri tutub. İdmançımızın yaşını nəzərə alsaq, bu, çox gözəl nəticədir. Gənc atlet birdən qaldırma hərəkətində bürünc medala çox yaxın idi. O, bu pillənin sahibindən cəmi 1 kq geri qaldı. Bir daha təkrar edirik ki, onun cəmi 19 yaşı var və Azərbaycan ağır atletikasının böyük gələcək vəd edən idmançılarındandı. Dadaşbəyli “Zirvə” İdman Klubunda hər kəsin rəğbət bəslədiyi, qələbəsinə ümid etdiyi atletdir. Ölkəmizin bayrağını yüksəkdə tutmaq, layiqincə təmsil etmək Dadaşın bacarağı bir işdir. Biz buna inanır, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

https://www.youtube.com/watch?v=-QSPNlgFH8I
Qadınlar arasında 69 kq çəki dərəcəsində B qrupunda Anastasiya İbrahimli mübarizə aparıb. “Xırdalan-Zirvə” atleti 230 kq (100+130) nəticə göstərib. Bununla o, B qrupunda 3-cü, yekun sıralamada isə 13-cü yeri tutub.

z anas

“Finiks-Zirvə” Aleks Yunqvan Li birdən qaldırma hərəkətində möhtəşəm yarışıb. O, 14 ildir qüvvədə olan, Skott Dilbertin müəyyənləşdirdiyi ABŞ rekordunu iki dəfə yeniləyib. Li 135 kq-lıq rekordu əvvəlcə 137 kq, sonra isə 140 kq-ı başı üzərinə qaldırmaqla təzələyib. Toplamda 316 kq (140+176) nəticə göstərən Li, B qrupununun sıralamasında 2-ci, yekunda 13-cü yeri tutub.

94 kq çəki dərəcəsinin B qrupunda “Jidaçiv-Zirvə” təmsilçisi Volodimir Hoza da çıxış edib. Ukraynalı atlet 363 kq (166+197) nəticə ilə 8-ci, yekunda isə 17-ci yeri tutub.

11536141_791202757660978_7629015043051145283_n
Daha bir ukraynalı nümayəndəmiz – Anastasiya Qotfrid çəkisi +75 kq olan qadınların yarışından çıxış edib. “Jidaçiv-Zirvə” atleti Gürcüstan milli komandasının heyətində, bu çəkinin B qrupunda mübarizə aparıb. Toplam 263 kq (121+142) nəticə göstərən Anastasiya, B qrupunda 4-cü, yekunda 12-ci yeri tutub.

g1
Kişilərin 94 kq çəki dərəcəsində C qrupundakı mübarizəsində “Beer-Şeva-Zirvə” təmsilçisi Anatoli Muşik uğurla çıxış edib. Təcrübəli atlet birdən qaldırmada 169, təkanla qaldırmada isə 194 kq-ı başı üzərinə qaldıraraq hər iki hərəkətin qalibi olub. Toplamda 363 kq (169+194) nəticə göstərən Muşik C qrupunda 1-ci, yekun sıralamada isə 12-ci yeri tutub.

12278921_1075163889171468_9129678428322919116_n

Moldovanı təmsil edən atletlər yarışlara Oleq Sırqi ilə başladılar. Məhz o, klubumuzun dünya çempionatındakı çıxışlarına start verib. “Kişinyov-Zirvə” atleti 56 kq çəki dərəcəsinin C qrupunda mübarizə aparıb və 238 kq (105+133) nəticə ilə bu qrupda 7-ci, ümumilikdə isə 24-cü yerə çıxıb.

s1
69 kq çəki dərəcəsinin B qrupunda isə “Kişinyov-Zirvə”nin digər ağırlıqqaldıran Sergey Çekir yarışıb. O, toplam 303 kq (143+170) nəticə ilə B qrupunda 4-cü, ümumilikdə isə 15-ci yeri tutub.



77 kq cəki dərəcəsinin B qrupunda isə Artyom Pipa körpücük üzərinə çıxıb. O, toplam 340 kq (155+185) nəticə ilə bu qrupda 6-cı, ümumilikdə 13-cü yeri tutub.

pipa
Rumıniyanın şərəfini qoruyan iki atlet də “Kişinyov-Zirvə” adından dünya çempionatında çıxış edib. 77 kq cəki dərəcəsinin B qrupunda yarışan Kaptari Dumitru toplam 337 kq (148+189) nəticə ilə həmin qrupda, yekunda isə 17-ci yeri tutub.

kaptariakp
85 kq çəki dərəcəsindəki isə Georgi Çernı körpücük üzərinə çıxıb. Atlet toplam 352 kq (162+190) nəticə göstərib. O, bu nəticə ilə yekun sıralamada 12-ci yeri tutub.

12278749_1119646144725721_2280889128271693278_n
Son olaraq “Tbilisi-Zirvə” klubunun atleti Georgi Çxeidze də mübarizə aparıb. O, 105 kq çəki dərəcəsində B qrupunda yarışıb. Atletimiz 375 kq (168+207) nəticə ilə bu qrupun 2-cisi, ümumilikdə isə 17-ci olub.

cxeidze

Ümumilikdə qeydə alınan nəticələr göstərir ki, klubda görülən işlər Azərbaycan idmanının xoşbəxt gələcəyinə öz böyük töhfəsini verməkdədir. Ölkə ağır atletikasının inkişafı naminə atılan bu addımlar təqdir olunmalıdır. “Zirvə”nin daima zirvələri fəth etməsi, Azərbaycanın bayrağının yüksəklərə qaldırılması, himnimizin ifa olunması idmansevərlər və vətəndaş olaraq bizləri sevindirir.
Eyni zamanda, dünyada ağır atletika idman növününü populyarlaşdırılması, rəqabət və yarış mühitininin yaradılması, xalqlar arasında dostluq əlaqələrinin genişləndirilməsi, sağlam həyat tərzi və sağlam düşüncənin təbliği də öncül məqsədlərimizdəndir. “Zirvə” Beynəlxalq İdman Klubu böyük bir layihənin təməlini qoyub və onu layiqincə icra etməkdədir. Bu istiqamətdə çalışmalarımızı davam edir. Hyustondakı dünya çempionatı göstərdi ki, 12 ölkədə filialı olan klubumuzun gördüyü işlər öz bəhrəsini verməkdədir.
Biz bundan daha böyük addımlar atacağımıza inanır, “Zirvə” olaraq zirvədən enməməyə can atırıq. Uğur bizimlədir!

SHARE
Şərh yaz