Aprelin 2-4-ü tarixlərində İsmayıllı Şəhəri Olimpiya İdman Kompleksində İdman məktəblərinin 6-cı Respublika Oyunlarının ağır atletika yarışları keçirilib. Çoxsaylı yeniyetmə idmançıların qatıldığı turnirdə “Zirvə” İdman Klubunun nümayəndələri də iştirak ediblər. Sevindiricidir ki, 14 gənc atletimizin hamısı evə medallarla dönüblər.
Müasir Azərbaycan ağır atletikasının şəksiz lideri olan “Zirvə” İK-nın idmançıları növbəti dəfə rəqiblərindən bir baş üstün olduqlarını nümayiş etdiriblər. Körpücük üzərinə çıxan hər atletimiz klubumuzun məşqçi heyəti və rəhbərliyinin onlara verdiyi dəstək, yaratdıqları şəraitin əvəzini artıqlamasıyla verməyə çalışıb.
Müxtəlif çəki dərəcələrində 8 qızıl medala layiq görülən idmançılarımızın bu çıxışı möhtəşəm alınıb. Ümumrespublika səviyyəsindəki yarışda əla nəticə qazandığımızı əminliklə syləyə bilərik. Lerik, Abşeron, İsmayıllı, Şamaxı, Qobustan, Sumqayıt və Goranboydan gələrək yarışa qatılan “Zirvə”çilər, klubumuzun şərəfini layiqincə qoruyublar.
Xüsusilə, 38 kq çəki dərəcəsində idmançılarımız əla çıxış ediblər. Belə ki, bu çəkidə fəxri kürsünün hər üç pilləsində klubumuzun üzvləri qərarlaşıblar. Talıbov Cahangir, Mirzəyev Elsevər və Hacıyev Ziyad bu çəkidə bizə rəqib olmadığını aşkarca sübut ediblər.
8 qızıl medalla yanaşı 3 gümüş və 3 bürünc medal da qazanan atletlərimiz böyük uğur qazanıblar. Bu, onların gələcək perspektivinin parlaq olduğuna işarədir. Belə qələbələr çoxaldıqca, uğurlar da artır.
Yarışda uğurla çıxış edərək medal qazanmış və klubumuzu layiqincə təmsil etmiş idmançıların siyahasını sizə təqdim edirik:
26 kq çəki dərəcəsi
1-ci yer – Alxasov Saleh (Lerik)
30 kq çəki dərəcəsi
1-ci yer – Hüseynov Elməddin(Şamaxı)
3-cü yer – Rəhimov Müşfiq (İsmayıllı)
34 kq çəki dərəcəsi
2-ci yer – Məmmədov İsmayıl (Lerik)
3-cü yer – Əliyev Füqan (Lerik)
38 kq çəki dərəcəsi
1-ci yer – Talıbov Cahangir (Abşeron)
2-ci yer – Mirzəyev Elsevər (Lerik)
3-cü yer – Hacıyev Ziyad (Şamaxı)
42 kq çəki dərəcəsi
1-ci yer – Məlikzadə Ümid (Abşeron)
2-ci yer – Baxışov İsmayıl (Qobustan)
46 kq çəki dərəcəsi
1-ci yer – Alxasov Əlimərdan (Lerik)
50 kq çəki dərəcəsi
1-ci yer – Rüstəmov Taleh (Sumqayıt)
53 kq çəki dərəcəsi
1-ci yer – Məmmədov Həsən (Goranboy)
62 kq çəki dərəcəsi
1-ci yer – Səfərov Almazxan (Abşeron)
Yarışda klubumuzu baş hakim olaraq Rizvan Rəsulov, hakimlər qismində Hafiz Süleymanov və Vaqif Hüseynov, baş katib kimi Oktay Muxtarov, katib qismində isə Azad Mustafayev təmsil ediblər.
Bu qələbədə əməyi olan hər kəsə təşəkkür edir, qələbə münasibətilə təbrik edirik.