“Zirvə”çilər Sumqayıtdakı cüdo üzrə beynəlxalq turnirdə iki medal qazandılar

Sumqayıt Olimpiya İdman Kompleksində ümummilli lider Heydər Əliyevin anım gününə həsr edilmiş cüdo üzrə 6-cı respublika turniri keçirilib.

Yarış Gənclər və İdman Nazirliyi, Azərbaycan Cüdo Federasiyası, Sumqayıt şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilib. Turnirdə Bakı, Sumqayıt, Naxçıvan, Yevlax, Bərdə, Mingəçevir, Qusar, Qubadlı, Şabran, Laçın, Qax, Şuşa, Siyəzən, Qəbələ, Şirvan, Masallı, Xızı, Qobustan, İsmayıllı, Ağcabədi ilə yanaşı Rusiyanın Nalçik, Dərbənd şəhərlərinin və Ukraynanın yeniyetmə cüdoçuları mübarizə aparıblar. 39 komandadan 563 cüdoçunun qatıldığı çempionat 2 gün davam edib.

“Zirvə” cüdoçuları da bu yarışda mübarizə aparıblar. Oğlanlardan Alpər Məmmədgil 38 kq çəki dərəcəsində bürünc medal, qızlardan isə Nərmin Soltanova 28 kq çəki dərəcəsində gümüş medala layiq görülüb. Hər iki cüdodçu “Abşeron-Zirvə” təmsilçisidir.

İdmançılar və onların məşqçilərini təbrik edir, qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!

SHARE
Şərh yaz