26-29 yanvar tarixlərində Türkiyənin Muğla vilayətinin Fethiye şəhərindəki “Eldirek Spor Salonu”nda ağır atletika üzrə Türkiyə çempionatı keçirilib. Yarışda qardaş ölkənin bütün bölgələrindən 432 atlet – 111 qadın və 321 kişi iştirak edib. Onların içərisində “Zirvə” Beynəlxalq İdman Klubunun üzvləri də olub. “Ankara Tuzgölü-Zirvə”nin 14 qadın atleti körpücük üzərinə çıxıb və həmişəki kimi uğurlu çıxışla yadda qalıb. Qadın ağırlıqqaldıranlarımız 2 qızıl, 2 gümüş və 2 bürünc medalla yarışın ən güclüləri sırasına daxil olublar.
58 kq çəki dərəcəsində Elif Ünal 182 kq (83+99) nəticə ilə qızıl, Qamze Yayla isə 152 kq (72+80) nəticə ilə bürünc medala sahib çıxıb.
63 kq çəki dərəcəsində Mehtap Kurnaz 185 kq (82+103) nəticə ilə bürünc medal əldə edib.
69 kq çəki dərəcəsində Zeynep Atakan 186 kq (81+105) nəticə ilə qızıl medalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
75 kq çəki dərəcəsində Gülüm İnci Kaya 149 kq (64+85) nəticə ilə gümüş medal qazanıb.
90 kq çəki dərəcəsində Gülsüm Yavuz 166 kq (69+97) nəticə ilə gümüş medal qazanıb.
Bütün qalib və mükafatçıları, onların məşqçilərini təbrik edir, onlara qarşıdakı yarışlarda da uğur qazanmalarını arzulayırıq.