29 sentyabr – 2 oktyabr tarixlərində Zonquldak şəhərində “15 iyul şəhidləri” Gənclər və U-23 arasında ağır atletika üzrə Türkiyə çempionatı keçirilib. Turnirə 285 kişi və 110 qadın olmaqla, topla 395 atlet qatılıb. Yarışçılar arasında “Ankara-Zirvə” təmsilçiləri də olub və uğurlu çıxışla yadda qalıblar.
Gənc qızların mübarizəsində 58 kq çəki dərəcəsində Elif Ünal qızıl medal qaznıb. O, 155 kq (70+85) nəticə ilə bütün rəqiblərini üstələyib.
63 kq çəki dərəcəsində Büşranur Dalmızrak uğurlu çıxış edib. O, toplam 166 kq (77+89) nəticə ilə bürünc medala sahib çıxıb.
69 kq çəki dərəcəsində birdən-birə iki idmançımız fəxri kürsüdə yer alıb. Toplam 183 kq (78+105) nəticə ilə Zeynep Atakan qızıl, toplam 145 kq (62+83) nəticə ilə Gülüm İnci Kaya gümüş medal qazanıb.
75 kq çəki dərəcəsində Gülsüm Yavuz ən güclü olduğu sübut edib. O, toplam 154 kq (69+85) nəticə ilə qızıl medal qazanıb və ən yaxın izləyicisini 17 kq qabaqlayıb.
Beləliklə, bu yarışda “Zirvəçilər” 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq gözəl performans nümayiş etdiriblər. Türkiyə kimi böyük ağır atletika ənənələrinə malik ölkədə bizim gənclərin belə böyük perspektiv vəd etməsi sevindiricidir. Zonquldakdakı yarışda fərqlənən atletlərimizi təbrik edir, onlara uğurlar arzulayır, gələcək yarışlarda da xoş xəbərlərini eşitməyi diləyirik.