“Zirvəçilər” Ukrayna birinciliyində 3 qızıl və 3 rekordla fərqləndi

ukra 1

17-19 oktyabr tarixlərində Kamenets-Podolski şəhərində yaşı 13 və 15-ə qədər olan yeniyetmə ağıar atletlər arasında Ukrayna birinciliyi keçirilib. Yarışda ölkənin bütün regionlarından 300-dən çox idmançı iştirak edib. Birincilikdə “Jidaçiv-Zirvə” atletləri də medal mübarizəsinə qoşulublar. İdmançılarımızın çıxışı çox uğurlu alınıb.
Yaşı 13-ə qədər olan qızların mübarizəsində 40 kq çəki dərəcəsində Olqa İvjenko fərqlənib. Astarada keçirilən “9-cu Zirvə Kuboku”nun iştirakçısı olmuş gənc atlet Ukrayna birinciliyində qızıl medala sahib çıxıb. O, toplamda 96 kq (42+54) nəticə göstərib. Olqa həm birdən, həm təkanla qaldırma, həm də yekun sıralamada fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Bununla yanaşı, İvjenko hər üç hərəkətdə Ukrayna rekordunu yeniləyib.
“9-cu Zirvə Kuboku”nun daha bir iştirakçısı – Qalina Didık yaşı 15-ə qədər qızların mübarizəsində 40 kq çəki dərəcəsində yarışıb. O, da Olqa kimi qızıl medal qazanıb. O, toplam 94 kq (41+53) nəticə ilə bütün rəqiblərini qabaqlayıb.
Yaşı 13-ə qədər olan oğlanların yarışında 38 kq çəki dərəcəsində körpücükü üzərinə çıxan Volodimir Kotelçuk bürünc medal əldə edib. O, toplam 91 kq (40+51) nəticə ilə 3-cü yeri tutub.
Yaşı 15-ə qədər olan oğlanların mübarizəsində isə atletimiz Maksim Kuzmoviç bütün rəqiblərini üstələyib. 85 kq çəki dərəcəsində yarışan idmançı toplam 230 kq (100+130) nəticə göstərib. O, ən yaxın izləyicisini 20 kq qabaqlayaraq mütləq qalib adını qazanıb.
Beləliklə, “Jidaçiv-Zirvə” komandası 3 qızıl və 1 bürünc, həmçinin üç Ukrayna rekordu ilə fərqlənib. Bu gözəl qələbədə əməyi olan məşqçilər, həmçinin idmançıları təbrik edir, onlara qarşıdkaı yarışlarda da çempionluqlar yaşamasını arzulayırıq.

088received_859174487494454received_859174494161120received_859174500827786received_859174497494453received_859174507494452received_859553037456599received_859553044123265received_859553040789932received_859174504161119

SHARE
Şərh yaz