“Zirvə”çilər yenə fərqləndi, Əfqan Bayramov Azərbaycan rekordunu yenilədi

elxan 185

Bakı Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Gənclər və İdman Nazirliyi və Azərbaycan Ağır Atletika Federasiyasının birgə təşkilatçılığı ilə keçirilən yarışda “Zirvə” İdman Klubunun yetirmələri də mübarizə aparıb.

İlk olaraq körpücük üzərinə qadınlar çıxıb. Həmişəki kimi gücünü ortaya qoyan “Zirvə”çilər 9 medaldan 6-nı qazanıb. Kişilərdə isə 56, 62, 69 və 77 kq çəki dərəcələrində 11 medaldan 5-i bizim klubun nümayəndələrinə qismət olub.

Bir çox legionerlərin də müsabiqədənkənar gücünü sınadığı çempionatın 1-ci günündə Əfqan Bayramov xüsusilə fərqlənib. 2012-ci ilin Avropa çempionu olan Əfqan, bu dəfə təkanla qaldırmada Azərbaycanda rekordunu yeniləyib. O, 200 kq-ı qaldıraraq 1999-cu ildən qalan 190 kq-lıq rekordu 10 kq üstələyib.

Qadınlar

48 kq
1. Kübra Babayeva (Zirvə İK – Qazax rayonu) – 55 kq (20 kq birdən qaldırma + 35 kq təkanla qaldırma)

53 kq
1. Silviya Angelova (AZAL-Bakı) – 180 kq (80 kq + 100 kq)
2. Əlizadə Gülçin (Zirvə – Qazax) – 151 kq (65 kq + 86 kq)
3. Məhərrəmova Mərziyyə (Zirvə – Goranboy) – 138 kq (63 kq + 75 kq)

63 kq
1. Əlizadə Günel (Zirvə-Qazax) – 122 kq (50 kq + 72 kq)
2. Məmmədova Sona (Zirvə-Qazax) – 116 kq (53 kq + 63 kq)

69 kq
1. Aslanova Mehriban (Zirvə-Qazax) – 80 kq (30 kq + 50 kq)

75 kq
1. Alyona Kiriyenko (AZAL-Bakı) – 215 kq (95 kq + 120 kq)

+75 kq
1. Yuliya Dovqal (AZAL-Bakı) – 255 kq (120 kq + 145 kq)

Kişilər

56 kq
1. Alıyev Elmar (MOİK-Bakı) – 215 kq (95 kq + 120 kq)
2. Allahyar Abışov (Təhsil-Bakı) – 205 kq (90 kq + 115 kq)
3. İmanzadə Rüstəm (Zirvə-Lənkəran) – 196 kq (87 kq + 109 kq)

62 kq
1. Salmanov Kamil (Zirvə-İsmayıllı) – 205 kq (88 kq + 117 kq)
2. Səmədov Ülvi (Zirvə-Neftçala) – 186 kq (80 kq + 106 kq)

69 kq
1. Valentin Xristov (AZAL-Bakı) – 316 kq (141 kq + 175 kq)
2. Zülfüqar Süleymanov (Zirvə-Xırdalan) – 297 kq (130 kq + 167 kq)
3. Rauf Nəbiyev (Spartak -Bakı) – 282 kq (125 kq + 157 kq)

77 kq
1. Əfqan Bayramov (AZAL-Bakı) – 345 kq (145 kq + 200 kq)
2. Elxan Əliquluzadə (Zirvə-Lənkəran) – 328 kq (143 kq + 185 kq)
3. Sərdar Həsənov (AZAL-Bakı) – 320 kq (145 kq + 175 kq)

SHARE
Şərh yaz