Qarşıdakı daxili və beynəlxalq yarışlara hazırlaşan ağır atletika üzrə yığma komandanın üzvləri bu il üçün ölkə xaricindəki ilk təlim-məşq toplanışına yollanıblar. Yanvarın 22-də Azərbaycanı tərk edən atletlərimiz qarşıdakı 3 həftəni Ukraynanın Xmelnitski vilayətinin Kamenets-Podolsk şəhərində keçirəcəklər. Komandanın bu toplanışında məqsəd yarışlara daha intensiv və səmərəli hazırlıq, fərqli iqlim və məşq şəraitində sınaqdan keçirilməkdir.
Qeyd edək ki, milli komandanın əksər üzvləri – 11 atletdən 9-u “Zirvə” İdman Klubunun nümayəndələridir. Onlar aşağıdakılardır: Xəlilov Kənan, Məmmədli Məhəmməd, Rüstəmov İsa, Əliyev Füqan, İsmayılov Hüseyn, Fətullayev Rövşən, Abdullayev Elvin, Hüseynov Elməddin və Məmmədli Azər.