Cənub Regional Futbol Federasiyası “28 may – Respublika Günü” – Azərbaycan Demokratik Cumhuriyyətinin yaranmasının ildönümünə həsr olunmuş ənənəvi futbol turniri keçirib.
1990-cı ildən bu günə kimi keçirilən turnirdə 20-dən çox şəhər və kənd orta məktəblilərini təmsil edən 9-10 yaşli yeniyetmələr komandalar iştirak edib. Builki yarışın əvvəlki illərdən fərqi Bakıda keçiriləcək İlk Avropa Oyunlarına də həsr olunması, futbolçuların, oyunları idarə edən hakimlərin meydana bu yarışların loqosu olan geyimlərdə çıxması idi.
“Zirvə” Beynəlxalq İdman Klubunun Lənkərandakı bazasında təşkil olunan final qarşılaşmasında ötən ilin qalibi Aşagi Nüvədi kənd orta məktəbi ilə “Şəhər 1 saylı” tam orta məktəbin komandaları üz-üzə gəliblər. 1 saylı məktəbin balacaları 3:2 hesabı ilə qalib gəlib.
Sonda qalib və mükafatçılara diplom və qiymətli hədiyyələr verilib.