“Zirvə”nin bədii gimnastları zəriflik və uğur nümunəsidirlər!

Noyabrın 9-da Sumqayıt Olimpiya Kompleksində bədii gimnastika növü üzrə “Sumqayıt əfsanəsi” 2-ci Sumqayıt açıq birinciliyi keçirilib. Xalça üzərinə çıxanlar arasında “Zirvə” İdman Klubunun nümayəndələri də olub. Baş məşqçi Rəfiqə Əliyevanın rəhbərliyi altında yeniyetmə qızlarımız çox sayda medal qazanaraq bizi sevindiriblər. Komandamız yarışda ümumilikdə 22 medal əldə edib.
Müxtəlif elementlərlə yarışda mübarizə aparan gimnastlarımızdan demək olar ki hamısı uğurlu iştirakı ilə fərqlənib və onlar ilk 3 pillələrdə qərarlaşmağı bacarıblar.
Baş məşqçi Rəfiqə Əliyeva bizimlə söhbəti zamanı qarşıdakı yarışın hazırlıqlarına başladıqlarını bildirdi. 8-9 dekabr tarixlərində baş tutacaq Respublika birinciliyində “Zirvə”nin 15 gimnastı fərdi və qrup şəkildə çıxışları ilə yadda qalacaq.

SHARE
Şərh yaz