“Zirvə”nin iki şahmatçısı medal qazandı

Abşeron rayonunda 2 fevral Gənclər Gününə həsr olunan şahmat üzrə təsnifat yarışları keçirilib. Bu yarışda “Zirvə”nin iki yeniyetmə şahmatçısı da iştirak edib. Sevindiricidir ki, hər iki şahmatçımız uğur qazana biliblər. Məhəmməd Əbdilov 9 mümkün xaldan 9 xal toplayaraq ilk pillənin sahibi olub, Azər Səlimli isə 5.5 xalla 3-cü yeri tutub.

Məşqçi Fuad Qurbanov və medalçılarımız yarış barədə təəssüratlarını AAAF TV ilə bölüşüblər.

Qeyd edək ki, yeniyetmə “beyin usta”larımızı qarşıda daha bir neçə yarış gözləyir.

SHARE
Şərh yaz