“Zirvə”nin ilk dünya çempionatının iştirakçısı Olimpiya gümüşünü qazandı!

d2Braziliyanın Rio-De-Janeyro şəhərində 31-ci Yay Olimpiya Oyunları dava edir. Dünən gecə saatlarında klubumuza tanış simalardan biri də ağır atletika üzrə yarışlara qoşulub. 69 kq çəki dərəcəsində “Zirvə” Beynəlxalq İdman Klubunun Ankara “Altınpark-Akarsu” yarış zalında keçirilən ilk dünya çempionatında iştirak etmiş və ikincilik qazanmış Daniyar İsmayılov eyni nəticəni Rioda da təkrarlayıb.
O, birdən qaldırma hərəkətində 163 kq-ı ram etməklə bu hərəkətdə bütün rəqiblərini qabaqlayıb. Təkanla qaldırma hərəkətində 188 kq-ı qaldıran Daniyar bu hərəkətdə ikinci olub. Toplam 351 kq (163+188) nəticə göstərən İsmayılov OLimpiya Oyunlarının gümüş medalına sahib çıxıb. Nu qızıl medaldan cəmi bir kq ayırıb. Türkiyə Ağır Atletika Federasiyasını ilk medalları münasibətilə təbrik edir, uğurlar arzulayırıq!
Bu çəkidə “Zirvə” atletlərində Sergey Çeşir mübarizə aparıb. O, B qrupunda 1-ci olub. A qrupunda çıxışlar bitəndən sonra onun Olimpiya Oyunlarında 6-cı olduğu dəqiqləşib. Onu da bu münasibətlə təbrik edirik!

d3

daniyar d4d5d6

SHARE
Şərh yaz