“Zirvə”nin karateçilərindən 7 medal

Sumqayıtda karate üzrə açıq şəhər birinciliyi keçirilib. Yarışda “Zirvə” İdman klubunun üzvləri də güclərini sınayıb və uğurlu çıxışla yadda qalıblar. Gənc karateçilərimiz 1 qızıl, iki gümüş və 4-ü isə bürünc olmaqla 7 medal qazanıblar.

Məşqçi Rüstəm Əkbərov AAAF TV-yə müsahibəsində idmançılarının açıq birincilikdə inamlı çıxış etdiyini və nəticədən razı qaldığını bildirib.

SHARE
Şərh yaz