Bakıda karate üzrə Qaraqaplan klubunun çempionatı keçirilib. Çempionatda “Zirvə” İdman Klubunun karateçiləri də iştirak edib. İdmançılarımız uğur qazanmağı bacarıblar.
Bu yarışda bütün idmançılarımız medal qazanıb: 7 qızıl, 8 gümüş və 5 bürünc. Qalib gələn idmançılara diplom və medallar təqdim olunub. Məşqçi Rüstəm Əkbərovun sözlərinə görə, karateçilərimiz daha təcrübəli rəqiblərini üstələyərk, gözəl çıxış nümayiş etdiriblər.
Qarşıda idmançılarımızı dərəcə imtahanları gözləyir. Onu da bildirək ki, hər həftənin 1, 3 və 5-ci günləri AAAF Parkda yerləşən “Zirvə” Uşaq-İdman Akademiyasında karate dərsləri də keçilir.