“Zirvə”nin məşqçisi idman ustası adına layiq görüldü

Azərbaycan Karate Do Federasiyaları Asossiasiyası ilin yekunlarına görə mükafatlandırma mərasimi keçirib. Tədbirdə “Zirvə” İdman Klubunun məşqşçisi Rüstəm Əkbərov idman ustası fəxri adına layiq görülüb. Onun həm özü, həm də tələbələrinin dünya və Avropa çempionatlarında göstərdiyi nəticələr yüksək qiymətləndirilib.

Əkbərola yanaşı, onun tələbəsi Şamo Kamilovun da çıxışları uğurlu hesab edilib və ona il yekununa görə fəxri fərman və pul mükafatı təqdim edilib.

Karateçilərimizi təbrik edir, onlara bundan sonra da səslərinin həmişə olduğu kimi zirvələrdən gəlməsini arzu edirik!

SHARE
Şərh yaz