“Zirvə”nin qadın atletləri Azərbaycan çempionatında fərqləndilər

DSC_4052

Ağır Atletika Akademiyasında kişilər və qadınlar arasında Azərbaycan çempionatı start götürüb. Yarışda körpücük üzərinə ilk olaraq qadınlar çıxıblar. Zərif cinsin nümayəndələri arasında Sinkleyr cədvəli ilə mütləq çempionat keçirilib. 1-6-cı yeri tutan ağır atletlər mükafatlandırılıb.

Mübarizəyə qatılan 8 atletdən 7-si “Zirvə” İdman Klubunun nümayəndəsi olub. Onlardan ikisi – Anastasiya İbrahimli və Elnarə Abbasova müvafiq olaraq gümüş və bürünc medallar qazanıblar.

Onları təbrik edir, növbəti yarışlarda da uğur qazanmalarını diləyirik.

Nəticələrlə tanış olun:

N Adı Şəhər Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Kostova Boyanka Bakı 61.00 96 102 106 125 130 132 234 297.0
2. İbrahimli Anastasiya Bakı 73.70 90 100 104 120 125 130 234 266.4
3. Abbasova Elnarə Qazax 63.30 70 75 78 93 98 173 214.4
4. Əhmədova Ləman Bakı 54.40 65 68 70 80 85 85 150 206.6
5. Əlizadə Gülçin Qazax 54.30 52 56 60 60 70 130 179.3
6. Məmmədova Sona Qazax 63.30 58 61 64 65 70 73 134 166.1
7. Məmmədova Xumar Goranboy 90.40 58 61 65 77 77 81 146 153.4
8. Siracova Şəbnəm Abşeron 48.00 38 41 41 45 45 50 83 126.8
SHARE
Şərh yaz