Dekabr ayının 14-15-i tarixlərində AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klublarının sərbəst güləş üzrə beynəlxalq açıq birinciliyi keçiriləcək. Yarışda 5 ölkədən yüzdən çox yeniyetmə idmançı qüvvəsini sınayacaq.
Birincilikdə 2005-07 təvəllüdlü güləşçilər iştirak edəcəklər.
Hər kəsi bu maraqlı yarışı izləməyə dəvət edirik!