Quba şəhərində “Ümid” taekvondo klubunun təşkilatçılığı ilə beynəlxalq turnir keçirilib. Quba Olimpiya İdman Kompleksində baş tutan yarış 2008-2009, 2006-2007-ci il təvəllüdlü uşaq, 2003-2005 –ci il təvəllüdlü yeniyetmə və 2000-2002-ci il təvəllüdlü gənc taekvondoçular arasında keçirilib. İlk dəfə təşkil edilən “Umid” Cup beynəlxalq turnirdə respublikamızın regionlarında fəaliyyət göstərən idman cəmiyyətləri və klubların idmançıları ilə yanaşı Rusiya, Gürcüstan və İran İslam Respublikasından ümumilikdə 734 idmançı mübarizə aparıb.
Onların arasında 8 ay bundan öncə fəaliyyətə başlayan “Zirvə” Taekvondo Klubunun üzvləri də olub. Sevindiricidir ki, klubun üzvü – Fazil Cəfərov bu beynəlxalq turnirdə bürünc medal qazana bilib. O, yeniyetmə oğlanların mübarizəsində 53 kq-da yarışıb və fəxri kürsünün 3-cü pilləsinə qalxa bilib.
“Zirvə” taekvondo komandasının baş məşqçisi Nəriman Rzazadə AAAF TV-yə müsahibəsində qarşıdakı yarışlar barədə danışıb, həmçinin kluba xeyli idmançının cəlb olunduğunu da bildirib.
Gənc takevondoçumuzu təbrik edir, ona qarşıdakı yarışlarda da uğurlar arzulayırıq!