“Zirvə” Beynəlxalq İdman Klubları böyüklərin basketbolu ilə yanaşı, yeniyetmə basketblçuların inmkişafına da diqqət yetirir. Gələcəkdə böyük uğurlar qazanacaq istedadlı nəslin yetişdirilməsi çox vacib amildir. Klub olaraq daima buna diqqət yetirmiş, önəm vermişik. Bundan sonra da bu istiqamətdə çalışmalar davam etdiriləcəkdir.
Sakit Nuriyevin rəhbərlik etdiyi 12 yaşa qədər basketbolçulardan ibarət “Zirvə” komandasında Super Liqada çıxış edən komandalar üçün ehtiyat qüvvə yetişməkdədir. Kollektiv Azərbaycanın bu yaş qrupundakı əsas çempionatında çıxış etmək hüququ qazanıb. Keçid turnirində 3 oyunda iki qələbə qazanan “Zirvəçilər”, rəqiblərini qabaqlayaraq yüksək dəstəyə vəsiqə qazanıblar.