6-9 aprel tarixlərdə ağır atletika üzrə 2001-2002-ci il təvəllüdlü yeniyetmə idmançılar arasında Azərbaycan birinciliyi keçirilib. Gəncə Olimpiya İdman Kompleksində baş tutan yarışda çox sayda idmançı medallar uğrunda mübarizəyə qoşulublar.
Birincilikdə geniş heyətlə iştirak edən “Zirvə” İdman Klubu uğurlu çıxış nümayiş etdirib. Ağırlıqqaldıranlarımız 11 medal qazanıb ki, bunlardan da 3-ü qızıl, 4-ü gümüş və 4-ü də bürüncdür.
Bu nəticə ilə klubumuz bütün rəqiblərindən üstün olaraq (UGİM – 2 qızıl 3 gümüş və 3 bürünc, “Təhsil” – 3 qızıl və 1 gümüş) birinciliyin mütləq qalibi adını qazandı.
Qalib və mükafatçıları təbrik edir, gələcək yarışlarda uğurlar arzulayırıq. Nəticələr və yarışdan şəkillərlə aşağıda tanış ola bilərsiniz:
Yer | Adı | İl | Klub | Çəkisi | Birdən | Təkanla | Toplam |
45 kq | |||||||
1. | Usubov Kamran | 2001 | Neftçala-Zirvə | 43.3 | 50 | 68 | 118 |
2. | Muxtarlı Novruz | 2002 | Sumqayıt-Zirvə | 44.8 | 51 | 66 | 117 |
3. | Qasımov Rüstəm | 2002 | Lənkəran-Zirvə | 41.6 | 45 | 60 | 105 |
50 kq | |||||||
2. | Abdullayev Elvin | 2001 | Abşeron-Zirvə | 45.8 | 53 | 65 | 118 |
3. | Hüseynov Əli | 2002 | Goranboy-Zirvə | 46.8 | 52 | 62 | 114 |
62 kq | |||||||
1. | Baxışov İsmayıl | 2001 | Qobustan-Zirvə | 59.7 | 72 | 93 | 165 |
2. | Talıbov Cahangir | 2001 | Abşeron-Zirvə | 57.1 | 66 | 83 | 149 |
3. | Əlizadə Turab | 2001 | Lənkəran-Zirvə | 56.7 | 67 | 80 | 147 |
69 kq | |||||||
2. | Babayev Rauf | 2001 | Abşeron-Zirvə | 67.4 | 35 | 35 | 70 |
77 kq | |||||||
1. | Məmmədov Həsən | 2001 | Goranboy-Zirvə | 75.1 | 70 | 80 | 150 |
3. | Abdullayev Eltun | 2001 | Qazax-Zirvə | 71.8 | 45 | 55 | 100 |