Nardaran qəsəbəsində baş verən hadisələrdə iki polis şəhid olub. Bunlar Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməliyyatçıları – Nəsibov Vüqar Eyyub oğlu və Tağıyev İsmayıl Rəsul oğludur.
Vüqar Eyyub oğlu Nəsibov 1975-ci ildə anadan olmuşdu. Kikboksinq üzrə dəfələrlə Azərbaycan çempionu idi. İki övladı vardı.
Tağıyev İsmayıl Rəsul oğlu AAAF Park Yaşayış Kompleksinin sakini, “Zirvə” İdman Klubunun ağır atleti idi. 1977-ci il təvəllüdlü sabiq idmançı, dəfələrlə Azərbaycan çempionu, idman ustası, beynəlxalq yarışların iştirakçısı, veteranlar arasında 2012-ci il Avropa çempionatının qızıl medalçısı idi.
İki oğlu, bir qızı var idi. Bir oğlu cəmi 2 həftə əvvəl dünyaya göz açmışdı.
Tağıyev İsmayıl toqquşma zamanı ayağından yaralanıb. Onu hadisə baş verən yerdən vaxtında çıxarmaq mümkün olmayıb. Bu səbəbdən o, qanaxmadan dünyasını dəyişib.
Mərhum Tağıyev İsmayıl ilə vida mərasimi əvvəllər yaşadığı Xırdalan şəhərindəki evdə keçirilir. Hər iki şəhidimiz II Fəxri Xiyabanda dəfn edilib.
Onların ailə üzvləri və yaxınlarına Allahdan səbr diləyir və dərin hüznlə başsağlığı veririk.
Allah rəhmət eləsin!
The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions