“Zirvə Kuboku” başladı

cudo yaris

Cüdo üzrə beynəlxalq “Zirvə Kuboku” – “Zirvə Beynəlxalq İdman Klubunun cüdo idman növü üzrə 1998-2000, 2001-2006-cı il təvəllüdlü oğlanlar arasında açıq birinciliyi”nə start verilib. Avqustun 30-31 tarixlərində keçiriləcək bu birincilikdə 200-dən çox idmançının iştirak edəcək. Onların içərisində regionlarımızdan İsmayıllı, Lənkəran, həmçinin Xırdalan, Sumqayıt və Bakı, eyni zamanda Türkiyə filialımızdan cüdoçular da vardır. Bütün bu idmançılar “Zirvə” BİK-in üzvləridir.

Artıq yarışların təntənəli açılış mərasimi keçirilib. “Zirvə” İK-nın prezidenti Tofiq Heydərov giriş sözü ilə çıxış edərək iştirakçılar və qonaqları salamlayıb: “Klubumuz hər il ağır atletika ilə yanaşı, cüdo və gimnastika idman növləri üzrə də müntəzəm yarışlar keçirir. Sevindirici haldır ki, artıq yarışlarımızı beynəlxalq xarakter almağa başlayıb. “Nəqşicahan” Cüdo Klubu ilə birlikdə təşkil etdiyimiz bu “Zirvə Kuboku”nda Türkiyədən olan idmançılar iştirak edirlər. Gələn il isə biz Rusiya, Moldova, Ukrayna və Gürcüstandan da cüdoçuları dəvət edəcək, daha böyük yarışlar təşkil edəcəyik. Azərbaycanda idmanın inkişafı yüksək sürətlə gedir. Bütün növlərə dövlətimiz tərəfindən diqqət və qayğı vardır. Bunun nəticəsində idmançılarımız beynəlxalq yarışlarda uğurlar qazanaraq, ölkəmizin bayrağını yüksəklərə qaldırırlar. Azərbaycanın ilk Olimpiya medalını da cüdoçu – 1992-ci il Barselona Olimpiadasının qalibi Nazim Hüseynov qazandırmışdır. Biz “Zirvə” BİK olaraq cüdonun inkişafı üçün lazımi şəraiti yaratmağa hazırıq. Ümid edirik ki, bizim yarışlarımızda çıxış edən idmançıların içərisindən neçə-neçə Nazim Hüseynovlar çıxacaq, Azərbaycanın adını, bayrağını yüksəldəcək, himninin səslənməsinə nail olacaqdır”.

Daha sonra Tofiq Heydərov yarışı açıq elan etdi. Azərbaycan Respublikasının dövlət himni çalınandan sonra görüşlər başladı.

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions

 

SHARE
Şərh yaz