“Zirvə” veteranlarının zirvə döyüşündə Vladimir Jilyayev qalib gəldi!

201A9674

Veteran ağır atletlər arasında “Zirvə” Beynəlxalq İdman Klubunun Dünya Çempionatı keçirilib. AAAF Park Yaşayış Kompleksinin yarış zalında baş tutan bu turnirdə təcrübəli, sabiq idmançıların maraqlı mübarizəsi yaşandı. Zala toplaşanlar bu insanlardakı əzm və istəyi təqdir edərək alqışladılar.

Klubumuzun fərxlərindən olan Vladimir Jilyayev yenə də fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. Yaşının çox olmasına baxmayaraq körpücük üzərindəki layiqincə çıxış edən veteran idmançı yenə qələbə qazandı. O, 205 kq (90+115) nəticə ilə 408.1 xal topladı və qızıl medala sahib çıxdı.

İkinci pillədə Gəncə təmsilçimiz Tağıyev Zəfər qərarlaşdı. O, toplam 238 kq (108+130) nəticə və 361.9 xalla gümüş medla əldə etdi.

Bürünc medal isə Sumqayıtlı Əliyev Emilin adına yazıldı. O, 284 kq (138+146) nəticə və 336.3 xalla üçüncü pillədə qərarlaşdı.

Təbrik edirik!

N Adı Klub Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Jilyayev Vladimir Bakı 90.80 90 115 205 408.1
2. Tağıyev Zəfər Gəncə 71.70 108 130 238 361.9
3. Əliyev Emil Sumqayıt 113.7 138 146 284 336.6
4. Hüseynov İlham Təhsil 82.50 110 142 252 336.3
5. Alıyev Akif MOİK 57.00 72 85 157 334.4
6. Quliyev Sərdar Sumqayıt 76.20 65 90 155 321.2
7. Zeynalov Nizami Gəncə 58.50 85 95 180 314.5
8. Nəbiyev İdris Spartak 93.10 90 120 210 294.9
9. Əliquliyev Teymur Lənkəran 82.50 86 112 198 292.3
10. Rəhimov Akif Minsk 93.10 102 120 222 288.3
11. Əkbərov Emin Sumqayıt 84.30 95 110 205 284.8
12. Məmmədov İltifat Bakı 100.0 85 111 196 271.0
SHARE
Şərh yaz