Ağır atletika beynəlxalq miqyasda çox böyük nüfuza malikdir. Bu idman növü Azərbaycanda da sürətlə inkişaf edir. 700-dən artıq ağır atleti olan “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələri də müxtəlif beynəlxalq yarışlarda uğurlu nəticələr göstərirlər.
Klubun gələcək vəd edən idmançılarından biri də İsmayıl Məmmədovdur. 2000-ci ildə iyul ayının 16-nda Lerikdə anadan olan İsmayıl 9 yaşından idmanla məşğul olmağa başlayıb. İlk məşğul olduğu idman növü güləş olan İsmayılın daha sonra ağır atletikaya həvəsi yaranıb. Ağır atletikada daha çox mübarizəni sevən İsmayıl müxtəlif yarışlarda mükafatçılar sırasına düşməyi bacarıb. Məmmədovun ən böyük arzusu isə yaxşı bir idman ustası olmaqdır.
İsmayılın məşqçisi Nizam Rufullayev tələbəsinin çox istedadlı olduğunu və ondan Avropa çempionatında medal gözlədiyini vurğulayıb.