“Zirvə”çilər  Azərbaycan birinciliyində medal qoymadı

DSC_8072

27 fevral – 2 mart tarixlərində “Zirvə” İdman Klubunun AAAF Park Yaşayış Kompleksində yerləşən əsas yarış zalında Ağır atletika üzrə 15 və 17 yaşa qədər yeniyetmə oğlan və qızlar arasında Azərbaycan birinciliyi keçirilir. Artıq ilk yarış günü arxada qalıb.

Sevindiricidir ki, “Zirvə” İdman Klubunun atletləri rəqiblərinin az qala bütün medal şanslarını heçə endiriblər. Gün ərzində 6 dəst medalı 18 idmançı əldə edib ki, onlardan da 16-sı bizim klubun nümayəndələridir. Qızların Sinkleyr cədvəli üzrə mütləq birinciliyi, 15 yaşa qədər oğlanlarda 50 və 56 kq, 17 yaşa qədər oğlanlarda isə 56 kq çəki dəcərəsində fəxri kürsünün bütün pillələrində “Zirvə” ağırlıqqaldıranları yer alıb. O biri çəkilərdə isə yalnız gümüş medallar başqa cəmiyyətlərin üzvlərinə qismət olub.

Əlavə edək ki, bu yarış 5 mart – Bədən tərbiyəsi və idman gününə həsr olunmuşdur. Qeyd edək ki, bu gün bu əlamətdar tarixin 10 ili tamam olur. 1995-ci il mart ayının 5-də Ulu öndər Heydər Əliyev Bakı idman Sarayında dünya və Avropa çempionatlarının qalibləri və mükafatçıları ilə görüşüb, İdman Fondu təsis edib, bədən tərbiyəsi və idmanın inkişafında yeni strategiyanın təməlini qoymuşdur. 5 mart tarixinin ölkəmizdə bədən tərbiyəsi və idman gününü Prezident İlham Əliyev Bədən Tərbiyəsi və İdman Gününün təsis edilməsi haqqında 4 mart 2005-ci il tarixli sərəncamında öz əksini tapmışdır.

Bu birincilikdə idmançılar beynəlxalq qaydalara uyğun çəkilər üzrə medallar uğrunda mübarizə aparacaqlar.

Qızlar Sinkleyr cədvəli üzrə mütləq birincilikdə, 15 yaşa qədər (2000-2001-ci illər təvəllüdlü) oğlanlar 45, 50, 56, 62, 69, 77, 85 və 85 kq, 17 yaşa qədər (1998-1999-cu illər təvəllüdlü) oğlanlar isə 50, 56, 62, 69, 77, 85, 94 və +94 kq çəki dərəcələrində çıxış edəcəklər.

 

Qızlar (Sinkleyr cədvəli üzrə mütləq birincilik)

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam Sinkleyr
1. Rzazadə Lalə* 2001 Lənkəran 49.60 48 51 53 60 63 65 114 181.64
2. Məhərrəmzadə Sevər* 2002 Lənkəran 47.20 43 46 48 50 53 55 103 171.36
3. Məmmədova Sona* 1999 Qazax 61.70 50 53 56 58 63 95 121 163.07
4. Hüseynzadə Fidan 2001 Lənkəran 57.00 45 48 48 57 60 64 108 154.01
5. Fərəcova Şəfa 2001 Lənkəran 39.90 27 31 33 35 35 38 68 132.85
6. Əlizadə Günel 2000 Qazax 66.00 25 35 60 77.36
7. Əzimova Səbinə 2000 Lənkəran 52.80 70 70 70 80 85 88 88

 

Oğlanlar (15 yaşa qədər)

45 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Usubov Kamran* 2001 Neftçala 42.7 50 52 54 65 68 68 119
2. Abuzərli Cəbrayıl 2001 Bakı 43.8 51 53 55 62 65 65 117
3. Muxtarlı Novruz* 2002 Sumqayıt 44.8 46 48 50 60 64 114

50 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Hüseynov Elməddin* 2001 Şamaxı 48.15 60 66 70 85 90 94 160
2. Əliyev Füqan* 2001 Lerik 48.60 63 66 66 81 85 88 151
3. Məmmədov İsmayıl* 2000 Lerik 48.95 65 65 69 80 83 85 145

 

56 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Məlikzadə Ümid* 2000 Abşeron 55.40 65 72 75 85 90 95 162
2. Mirzəyev Elsevər* 2000 Lerik 51.40 70 74 74 86 160
3. Talıbov Cahangir* 2001 Abşeron 52.65 65 70 70 83 87 87 152

 

Oğlanlar (17 yaşa qədər)

50 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Məhərrəmov Oruc* 1999 Goranboy 50.00 58 60 63 70 75 75 138
2. Paşayev Rövşən 1998 Gəncə 49.60 55 55 55 63 66 69 124
3. Abbasov Elvin* 1999 Samux 49.15 54 58 58 66 69 70 120

 

56 kq

N İdmançı Doğulduğu tarix Şəhər Çəkisi Birdən Təkanla Toplam
1. Xəlilov Kənan* 1999 Neftçala 55.85 88 92 95 105 110 110 205
2. Rzazadə Ruslan* 1998 Lənkəran 54.41 85 89 90 105 110 115 200
3. Qədirov Əhməd* 1998 Neftçala 55.60 75 80 83 100 105 107 187

 

* – adının qarşısında bu işarə olan idmançılar – “Zirvə” İdman Klubunun üzvləridir.

SHARE
Şərh yaz