“Zirvəçilər” Konyada çıxış etdilər

konya

Hər il Türkiyənin Konya vilayətində təşkil olunan “Beynəlxalq Rumi Uşaq İdman Oyunları”nın sayca 4-cü yarışı başa çatıb. 31 ölkədən 1014 yeniyetmə idmançının qatıldığı Oyunlar 19-24 aprel tarixlərndə keçirilib. Yarışlarda atletizm, badminton, veloidman, gimnastika, ağır atletika, güləş, qılıncoynatma, stolüstü tennis, tennis, karate, taekvando, şahmat və üzgüçülük növləri üzrə medallar uğrunda mübarizə gedib.

“100. Yıl Spor Salonu”nda keçirilən ağır atletika yarışlarında Çexiya, Rumıniya, Slovakiya, Serbiya, Bosniya və Herseqovina, Belçika, Norveç, Türkiyə və Azərbaycan idmançıları çıxış ediblər. Körpücük üzərinə çıxan topam 71 qız və oğlanlar içərisində 5 həmyerlimiz də olub. Qızlarda 44, 48, 53, 58 kq, kişilərdə isə 45, 50, 56, 62, 69, 77 kq çəki dərəcələrində idmançıları fəxri kürsüyə qalxıblar.

Bizim idmançılardan biri – Mirzəyev Sənan 69 kq çəki dərəcəsində gümüş medal qazana bilib. Toplamda 210 kq (100+110) nəticə göstərən atletimiz, yalnız türkiyəli Ahmet Çağdardan geri qalıb.

“Zirvə” İdman Klubunun təmsilçilərindən Rüstəmov Taleh toplamda 144 kq (65+79) nəticə ilə 62 kq çəki dərəcəsində 4-cü, Manafov Yaqub isə 135 kq (60+75) nəticə ilə 56 kq çəki dərəcəsində 5-ci yeri tutub.

Yığmamızın digər üzvlərindən Mail Şükürov 143 kq (63+80) ilə 56 kq-da 5-ci, Bayramov Ümid isə 180 kq (80+100) ilə 77 kq çəki dərəcəsində 4-cü yeri tutub.

SHARE
Şərh yaz