“Zirvə”çilər milli komandamızın heyətində dünya çempionatına yollandılar

rustem

Noyabrın 4-16-sı aralığında Qazaxıstanın Almatı şəhərində 81-ci kişilər və 24-cü qadınlar arasında ağır atletika üzrə dünya çempionatı keçiriləcəkdir. Bu nüfuzlu turnirdə milli komandamızın idmançıları da iştirak edəcəklər. Azərbaycan 4 qadın və 9 kişi atlet təmsil edəcəkdir. Həmin idmançılar bunlardır:

Qadınlar: Boyanka Kostova və Əlizadə Gülçin (Zirvə) – hər ikisi 53 kq çəki dərəcəsi, Abbasova Elnarə (Zirvə) – 63 kq, Anastasiya İbrahimli (Zirvə) – 69 kq.
Kişilər: Alıyev Elmar – 56 kq, İmanzadə Rüstəm (Zirvə) və Rauf Nəbiyev – hər ikisi 62 kq çəki dərəcəsi, Əfqan Bayramov – 69 kq, İvan Stoitsov – 77 kq, Orxan Əliquluzadə (Zirvə) və Rövşən Fətullayev (Zirvə) – hər ikisi 94 kq, Dadaş Dadaşbəyli (Zirvə) – 105 kq, Məmmədli Azər (Zirvə) – +105 kq.

Qeyd etmək lazımdır ki, milli komandamızın 13 üzvündən 8-i “Zirvə” İdman Klubunun üzvləridir. Sevindirici məqam isə onların içərisində gənc və böyük perspektiv vəd edən atletlərimizin olmasıdır.

Qızlardan Avropa çempionatının bürünc medalçısı Əlizadə Gülçin və Azərbaycan çempionu Elnarə Abbasova lisenziya xalları qazanmaq üçün körpücük üzərinə çıxacaqlar. “Qazax-Zirvə” İdman Klubunun nümayəndələri olan qızlarımız üçün bu, böyüklər arasında ilk dünya çempionatı olacaq.

“Lənkəran-Zirvə” idmançılarından Orxan Əliquluzadə və yeniyetmələr arasında Avropa çemponu Rüstəm İmanzadə, gənclər arasında dünya çempionatının gümüş medalçısı Azər Məmmədli, “Qobustan-Zirvə” atleti Dadaş Dadaşbəyli də karyeralarında ilk dəfə böyüklərin dünya çempionatında mübarizə aparacaqlar.

Medal şanslarımız az olsa da, bütün atletlərimizə inanır, onların Rio-De-Janeyro Olimpiadasına lisenziya qazanma yolunda vacib xallar qazanacağına ümid edirik. Əminik ki, gənclərimiz bu dünya çempionatında gələcək yarışlar üçün böyük təcrübə toplayacaq, bundan yararlanaraq nəticələrini yaxşılaşdıracaqlar.

Uğurlar olsun!

AZERBAIJAN NATIONAL TEAM FOR IWF World Championships, Almaty, KAZAKHSTAN
N S Name Born Nat W Start
1 W KOSTOVA Boyanka Minkova 10.05.1993 AZE 53 180
2 W ALIZADA Gulchin 11.06.1997 AZE 53 170
3 W ABBASOVA Elnura 05.07.1997 AZE 63 180
4 W IBRAHIMLI Anastassiya 08.12.1993 AZE 69 230
5 M ALIYEV Elmar 07.03.1987 AZE 56 230
6 M IMANZADE Rustam 15.07.1998 AZE 62 260
7 M NABIYEV Rauf 27.11.1990 AZE 62 250
8 M BAYRAMOV Afgan 14.10.1983 AZE 69 300
9 M STOITSOV Ivan 22.03.1985 AZE 77 320
10 M ALIGULIZADA Orkhan 30.05.1991 AZE 94 340
11 M FATULLAYEV Rovshan 26.03.1987 AZE 94 340
12 M DADASHBAYLI Dadash 15.07.1996 AZE 105 360
13 M MAMMADLI Azar 16.07.1995 AZE +105 360
SHARE
Şərh yaz