Aprelin 8-16-sı aralığında Norveçin Fyorde şəhərində ağır atletika üzrə kişilər və qadınlar arasında Avropa çempionatı keçiriləcəkdir. Bu yarışda 40 ölkədən toplam 396 atletin iştirakı gözlənilir ki, onlardan 168-ı qadın, 228-i kişi olacaqdır.
Çempionatda Azərbaycan yığmasının da 8 üzvü – 4 qadın və 4 kişi iştirak edəcək. Kişilərdə bunlar Elmar Alıyev (56 kq), Allahyar Abışov (62 kq), Nailxan Nəbiyev (94 kq) və Azər Məmmədli (+105 kq), qadınlarda isə Mərziyyə Məhərrəmova (48 kq), Gülçin Əlizadə (53 kq), Boyanka Kostova (58 kq) və Elnarə Abbasovadır (63 kq).
Sevindiricidir ki, yığma komandadakı atletlərdən 4-ü “Zirvə” Beynəlxalq İdman Klubunun nümayəndələridir. Bunlar Azər Məmmədli, Mərziyyə Məhərrəmova, Gülçin Əlizadə və Elnarə Abbasovadır.
İstər klub üzvlərimiz, istərsə də bütün digər milli komanda üzvlərinə uğurlar arzulayır, vətənə qələbə ilə dönəcəklərinə inanırıq.