Türkiyə Respublikasının 12-ci Prezidenti Recep Tayyip Erdoğan avqustun 30-da ilk rəsmi qəbulunu təşkil edib. “Çankaya Köşkü”ndə baş tutan və “Zəfər Bayramı”na həsr olunan mərasimdə geniş sayda qonaqlar iştirak edib. Qəbulda Türkiyə dövlətinin aparıcı siyasətçiləri, hərbçiləri, sənət və iş adamlar, həmçinin idmançılar da olublar.
Sevindirici haldır ki, bu təntənəli mərasimdə “Zirvə” İK-nun da nümayəndələri iştirak ediblər. Türkiyənin Ankara şəhərindəki “Tuzgölü-Zirvə”nin qadın ağır atletlərindən Gamze Yayla və Elif Ünal 2014-cü il Yeniyetmələr arasında Avropa gümüş medalçıları olduqlarından dəvət ediliblər. Prezident Tayyip Erdoğan və xanımı Emine Erdoğan bütün qonaqları bir-bir qarşılayıb görüşərək onlara hörmətini nümayiş etdirmişlər. “Zirve İnternational Sport Clubs”ın nümayəndələri olan Gamze və Elifin də qəbulda olması bizim üçün fəxrdir. Klubuzumun son Dünya Çempionatında da uğurla iştirak edən idmançıların belə yüksək səviyyədə tanıtımı xoş təəssüratlar yaradır və digər gənclərimizə də nümunədir.
Türkiyəli idmançılarımızı və onların bu uğuru qazanmasında əməyi olan məşqçilərini təbrik edir, qələbələrin davamının gəlməsini arzulayırıq.