“Zirvə”nin açıq birinciliyi ən yüksək rəqabət səviyyəsində keçirildi

cudo 2

Martın 26-da AAAF Park Yaşayış Kompleksinin yarış zalında “Zirvə” Beynəlxalq İdman Klubunun cüdo üzrə açıq birinciliyi keçirildi. Turnirdə ölkənin ən güclü klublarının idmançıları medal mübarizəsi apardılar. 9 çəki dərəcəsində qalib və mükafatçılar müəyyən edildi.

Klubumuzun 10 illik yubileyinə həsr olunmuş bu yarışın keçirilməsində məqsəd cüdo idman növünün bölgələrdə təbliği və inkişafı, klubun güclü cüdoçularının müəyyən edilməsi, idmançıların idman ustalığının artırılması və təkmilləşdirilməsi, Respublika birinciliyi və çempionatında iştirak edəcək klubun yığma komandasının komplektləşdirilməsi idi.

Yarışda açılış sözü ilə “Zirvə” Beynəlxalq İdman Klubunun direktoru Rizvan Rəsulov çıxış etdi. O, cüdo idman növünün vacib növ olduğunu qeyd edərək, ona diqqət ayrılmasının əhəmiyyətini vurğuladı. Əlavə etdi ki, Azərbaycanda yeridilən idman siyasəti böyük uğurla yerinə yetirilir və “Zirvə” də bu siyasətə dəstəyini daima nümayiş etdirir. Ağır atletika, futbol və gimnastika ilə yanaşı klubumuzun cüdoçuları da uğurlar qazanır, ölkəmizin bayrağını beynəlxalq arenalarda dalğalandırma imkanı əldə edirlər.

Birincilik 2002-03-cü il təvəllüdlü yeniyetmələr arasında keçirildi. Azərbaycanın ən güclü cüdoçularının toplaşdığı “Neftçi”, “Atilla”, “Pəhləvan”, həmçinin Sumqayıtın “Nəqşicahan” və IOEUGIM, “Təhsil” kimi klublarla başabaş mübarizə aparan “Zirvə”çilər tatami üzərində gözəl mübarizə nümayiş etdirdilər.

Cüdoçularımız ümüumilikdə 8 medal qazandılar ki, onlardan dördü “Bakı-Zirvə” təmsilçilərinin aktivinə yazıldı. 2 qızıl və 2 bürünc medal əldə edən paytaxt təmsilçiləri yekun sıralamada ikinci yerə çıxıblar. Ölkənin ən yaxşı klublarının bu yarışda iştirak etdiyini nəzərə alsaq, əldə edilən bu nəticənin həqiqətən də böyük uğur olduğunu qeyd etmək olar.

Təbrik edirik!

46 kq
1. Hacıəli Qasımov “Pəhləvan”
2. Rasim İsmayılov Pəhləvan
3. Umud Ağamirov İsmayıllı-Zirvə
3. Mustafa Budaqov Bakı-Zirvə
50 kq
1. Kənan Qardaşxanov Bakı-Zirvə
2. Sənan Əhmədov Atilla
3. Rəşad Əhədli Atilla
3. Məhərrəmov Mehdiyev İsmayıllı-Zirvə
55 kq
1. Nicat Rzazadə Təhsil
2. Ayxan Süleymanov Təhsil
3. Ramiz Baxışov Bakı-Zirvə
3. Ömər Məmmədzadə Abşeron-Zirvə
60 kq
1. Böyükağa Süleymanov Atilla
2. Emin Haqverdiyev Pəhləvan
3. Rəsul Mehdiyev Atilla
3. Əkbər Behbudzadə Təhsil
66 kq
1. Nurlan Bədirov Nəqşicahan
2. Ruslan Nəsirli Neftçi
3. İlqar Abışov Atilla
3. Elnur Mirzəyev Abşeron-Zirvə
73 kq
1. Oruc Mustafazadə Təhsil
2. Rauf Abdullayev Təhsil
3. Sənan Rüstəmov Nəqşicahan
3. Ramiz Sadıqlı Pəhləvan
90 kq
1. Umud Eyvazov Neftçi
2. Həzrətəli Cəfərov Pəhləvan
3. Fərid İbrahimov Nəqşicahan
+90 kq
1. Çoi Junvon Bakı-Zirvə
2. Vahid Şahhüseynov Təhsil

 

Komandaların sıralaması

Yer Klub Qızıl Gümüş Bürünc
1. TƏHSİL RİMSF 2 3 1
2. BAKI-ZİRVƏ 2 2
3. PƏHLƏVAN-RİK 1 3 1
4. Atilla 1 1 3
5. Neftçi 1 1
6. Nəqşicahan 1 2
7. Abşeron-Zirvə 2
8. İsmayıllı-Zirvə 2
9. İOEUGİM-Sumqayıt

 

The requested album cannot be loaded at this time. Error: OAuthException Code: 200, (#200) Missing Permissions
SHARE
Şərh yaz