“Zirvə” İdman Klubunun beynəlxalq layihəsi olan Zirve İnternational Sport Clubs-ın (ZİSC) sıraları genişlənir. Moldova, Ukrayna, Türkiyə, Polşadan sonra, Bolqarıstanda da filialımız açılır. Azərbaycan ağır atletika yığmasının sabiq üzvü, Avropa çempionu, dünya çempionatı və Olimpiya Oyunlarının mükafatçısı Veliçko Çolakovun rəhbərlik edəcəyi “Smolyan-Zirvə” klubunun üzvləri Xırdalanda keçiriləcək ZİSC-nin 1-ci ümumdünya çempionatında iştirak etmək hüququ qazanacaqlar. Bunun üçün onların qazandıqları nəticələr rəqabətə dözümlü olmalı, 6 yaş qrupunda ən yaxşı 12-liyə düşə bilməlidir.
Çolakovun hələ ki, 20 tələbəsi var. Müxtəlif yaş qruplarından olan ağırlıqqaldıranlar Bolqarıstanın Smolyan şəhərindəndirlər.
“Zirvə” ailəsinə qoşulan bolqar dostlarımızı təbrik edir, onlara “Xoş gəldiniz” deyirik!