Zlatomir Kovaçev dünya birinciliyində çıxış etdi

Tailandın Banqkok şəhərində keçirilən yeniyetmələr arasında 7-ci dünya birinciliyi başa çatıb. Yüzə yaxın ölkədən 445 atletin (197 qız və 248 oğlan) iştirak etdiyi birincilikdə “Zirvə” İnternational Sport Clubs-ın nümayəndələri də çıxış edib. 85 kq çəki dərəcəsində “Smolyan-Zirvə” təmsilçisi Zlatomir Kovaçev də körpücük üzərinə çıxıb.

Gənc atlet 264 kq (117+147) nəticə göstərərək ümumi sıralamada 19-cu yeri tutub.

SHARE
Şərh yaz