“Zirvə” İdman Klubunun 2014-cü ildə ikinci zona yarışlarına start verilib. İlk olaraq körpücük üzərinə Qərb zonasından olan idmançılarımız çıxıblar. Samuxdakı kompleksimizdə keçirilən yarışda rekord sayda ağır atlet mübarizə aparıb. 95 nəfər ağırlıqqaldıranın medallar uğrunda mübarizə aparması Samux zonası üçün çox böyük göstəricidir. Digər zonalarımız da idmançı sayının çoxalacağı gözlənilir.
Artıq sabah Xırdalandakı AAAF PARK Yaşayış Kompleksinin yarış zalında digər zona yarışımız keçiriləcək. 28-30 may tarixlərində isə idmançılar Lənkəranda körpücük üzərinə çıxacaqlar.
Qeyd edək ki, budəfəki zona yarışları həm də “Zirvə Beynəlxalq İdman Klubları”nın (ZİSC) 1-ci ümumdünya çempionatının 1-ci seçim mərhələsi hesab edilir.