“Zirvə” İdman Klubunun 2014-cü ildə ikinci zona yarışları başa çatdı. Samux və Abşerondan sonra atletlər Lənkəranda körpücük üzərinə çıxıblar. Klubumuzun bu şəhərdəki yarış zalında 286 nəfər ağırlıqqaldıran medallar uğrunda mübarizə aparıb. Bunlardan 82 nəfəri Neftçala, 25 nəfəri Lerik, digər 199 nəfəri isə Lənkəranı təmsil edib.
Beləliklə, 23-30 may tarixləri arasında baş tutan zona yarışlarımızda ümumilikdə 501 nəfər idmançı iştirak edib. Bu, klub tariximizdə yeni rekorddur. Ötən dəfə yarışlarda 459 ağır atlet mübarizə aparmışdı. İdmançılarımızın sayının artması sevindiricidir.
Qeyd edək ki, budəfəki zona yarışları həm də “Zirvə Beynəlxalq İdman Klubları”nın (ZİSC) 1-ci ümumdünya çempionatının 1-ci seçim mərhələsi statusu daşıyır. Bu mərhələdə fərqlənən avqust ayında keçiriləcək Kubokumuzda iştirak hüququ qazanacaqlar.