“Zirvə” İdman Klubunun ağır atletika üzrə 2014-cü ilin ilk zona yarışları başa çatdı. 20-25 fevral tarixləri arasında Azərbaycanın dörd regionundakı mərkəzlərimizdə 500-ə yaxın idmançı mübarizəyə qoşuldu. Neftçalada 83, Lənkəranda 185, Samuxda 85 və Abşeronda 106 atlet olmaqla 459 nəfər medallar uğrunda mübarizə apardı. Bu, klubumuzun tarixində rekord göstəricidir. Ağır atletika yarışlarımıza marağın bu qədər böyük olması bizləri sevindirməyə bilməz.
Yarışların nəticələri və fotolar yaxın zamanda saytımızda yerləşdiriləcəkdir.