Zona yarışlarında dəyişiklik

zirve

Xəbər verdiyimiz kimi, 2-6 may tarixləri arasında “Zirvə” İdman Klubunun zona yarışlarının 2-ci mərhələsi keçiriləcək. Əvvəlcədən qeyd olunmuşdu ki, yarışlar Neftçaladan başlayıb Masazırda başa çatacaq.

Ancaq bir dəyişiklik var.

Klubumuzun direktoru Azad Mustafayevin verdiyi məlumata görə, mayın 2-də Neftçala rayonu üzrə zona yarışları Xolqaraqaşlı kəndində keçirilməyəcək. Ümumiyyətlə, həmin gün üçün rayonda yarış keçirməyə yer olmadığına görə, klubumuzun rəhbərliyi fərqli qərar qəbul edib. Belə ki, Neftçala rayonu üzrə zona yarışlarında iştirak edəcək idmançılar Lənkərana gəlməli olacaqlar. Mayın 2-də onlar, 3-də isə Lənkəran zonası üzrə yarışçılar körpücük üzərinə çıxacaqlar.

Aşağıda sizə təqvimi çatdırırıq:

 

Zona yarışları. 2-ci mərhələ. Təqvim

2 may – Lənkəran şəhəri (Neftçala üzrə iştirakçılar)

3 may – Lənkəran şəhəri (Lənkəran üzrə iştirakçılar)

5 may – Samux rayonu

7 may – Masazır rayonu

 

 

SHARE
Şərh yaz