Zona yarışlarının 1-ci mərhələsi başa çatdı

zona 2013 1-ci merhele

“Zirvə” İdman Klubunun 2013-cü ildəki ilk zona yarışları başa çatdı. 28 fevralda Neftçalada start götürən, martın 1-də Lənkəranda, martın 3-də Samuxda davam edəndən sonra, martın 5-də Masazırda sonlandı. 300-ə yaxın (daha dəqiqi Neftçalada 46, Lənkəranda 103, Samuxda 56, Abşeronda isə 61 nəfər) idmançının iştirak etdiyi yarışlar maraqlı mübarizə şəraitində keçdi.

Müxtəlif yaş qrupları üzrə idmançılarımız milli komandanın düşərgəsində olduğundan, bu zona yarışlarında iştirak etməyiblər. Bir qrup atletimizin isə Respublika çempionatında göstərdiyi nəticələr əsas götürüləcək.

Yarışların nəticələri və çəkilən şəkillər ən yaxın müddətdə sayta yerləşdiriləcəkdir.

SHARE
Şərh yaz